Neftin qiymətində son 18 ayın ən böyük həftəlik artımı qeydə alınır
Bakı, 5 aprel, AZƏRTAC
Neftin qiymətində son 18 ayın ən böyük həftəlik artımı qeydə alınır.
AZƏRTAC xəbər verir ki, Venesuelada neft istehsalının azalması və ABŞ-da ehtiyatların artması fonunda “qara qızıl”ın qiymətində 2017-ci ilin noyabrından indiyədək ən böyük həftəlik artım qeydə alınır. ABŞ ilə Çin arasındakı ticari danışıqlardakı irəliləmə də neftin qiymətinə öz təsirini göstərir.
Bu həftə ərzində “Brent” markalı xam neftin qiyməti ötən ilin noyabrından bəri ilk dəfə 70 dollar/barreli ötüb. Ümumilikdə cari ildə “qara qızıl”ın qiyməti təxminən 30 faiz bahalaşıb.
Qeyd edək ki, hazırda “Brent” neftinin bir barreli Londonun ICE birjasında 69,10 dollara, “Light” markalı neftin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 61,98 dollara satılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]