Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nəsimiyə polşalı sevgisinin plastik ifadəsi

Bakı, 5 yanvar, AZƏRTAC

Doğma yurdumuzun bütün mənalarda cəlbedici olmasının nəticəsidir ki, çox qədim zamanlardan bura uzaq-yaxın ölkələrdə yaşayanların ziyarətgahına çevrilib. Onların arasında səyyah, diplomat və tacirlərlə yanaşı, söz və sənət adamlarının olması da bunu təsdiqləyir. Azərbaycana ayaq basanların arasında gördüklərini rəng və cizgilərlə ifadə edənlər də az olmayıb. Tarixin yaddaşı belə yaradıcıların sırasında alman Adam Olearinin, rus Vasili Vereşaginin və Anna Ostroumova-Lebedevanın, irland Edvard Tvohiqin, amerikalı Şeyk Quffoq və Ceykob Martinin, litvalı Kristina İnçuraytenin, macar İştvan Kişin, danimarkalı Herluf Bidstrupun, polşalı Qustav Zemla və başqalarının adını yaşatmaqdadır.

Məşhur Polşa heykəltəraşı Qustav Zemlanın Azərbaycan sevgisi əslində onun memar həmyerlilərinin XIX əsrin sonu XX əsrin əvvəllərində Bakıda daşlarda ifadə olunan rəğbətlərinin davamıdır desək, yanılmarıq. Belə ki, o vaxt yeni və gözəl tikililərlə zənginləşən şəhərin özünəməxsus görkəm almasında polşalı memar İosif Ploşko, Kazimir Skureviç, İosif Qoslavski, Yevgeni Skibinski və Konstantin Borisoqlebskinin duyulası rolu olub. Polşalı tişə ustası 1974-cü ildə Bakıya gələndə artıq bu həqiqətlərdən - soydaşlarının neft paytaxtında gördükləri işlərdən xəbərdar idi...

Məlumat üçün bildirək ki, onun Bakıya gəlişi burada fərdi sərgisinin təşkili ilə bağlı idi. 1974-cü ildə Polşa Xalq Respublikasının yaradılmasının 30 illiyi münasibətilə Qustav Zemlanın yaradıcılıq hesabatı Moskva və Kiyevlə yanaşı, Bakıda da təşkil olunmuşdu. Yəqin ki, tədbirin təşkilatçıları bu seçimi edərkən Azərbaycan-Polşa mədəni əlaqələrinin tarixçəsini də nəzərə almışdılar. Odur ki, sərgi günlərində Azərbaycanda olan məşhur heykəltəraşa, ilk növbədə, bu günə kimi paytaxtımızı bəzəməkdə olan həmin binaları göstərdilər, onların buradakı fəaliyyətlərinin maraqlı tarixçəsindən söz açdılar...

Qustav Zemla Bakıda olarkən ona Azərbaycanın qədim tarixi və çoxəsrlik zəngin mədəniyyəti barəsində də məlumat verilib, onlarla əyani tanış olmağa şərait yaradılıb. Qobustan qaya rəsmləri, xalq sənətkarlığı nümunələri, qədim və müasir memarlıq tikililəri, Azərbaycan ədəbiyyatı və musiqisi ilə yaxından tanışlıq onda zəngin təəssürat yaradıb.

Sərgidən sonra Varşavaya qayıdan heykəltəraşın çox qısa müddətdən sonra görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin portretini yaratmasını da çox səmərəli keçən həmin günlərin əyani nəticəsi saymaq olar. Bu, həm də onun Nizami Gəncəvi adına Azərbaycan Milli Ədəbiyyat Muzeyinin ekspozisiyası ilə tanışlıq zamanı Nəsimi haqqında eşitdiklərinə bədii münasibətin ifadəsi idi. Deyilənə görə bələdçinin dilə gətirdiyi yığcam “Nəsimi nağılı”ndan doymayan heykəltəraş Bakıdan gedənə kimi aldığı təəssüratı başqalarından topladığı məlumatlarla da zənginləşdirməyə çalışıbmış. Bu da ona gələcəkdə yaradacağı obrazın səciyyəvi cizgilərini müəyyənləşdirməyə imkan verib...

Bu yerdə deyim ki, əsər 1974-cü ildə yaradılsa da, Azərbaycan ictimaiyyəti uzun müddət onun mövcudluğundan xəbərsiz olub. Yalnız bu sətirlərin müəllifinin 1980-ci ildə Macarıstanda yaradıcılıq ezamiyyətində olması bu məsələnin üzərinə işıq salmağa imkan verib. O vaxtlar İ.Y.Repin adına Sankt-Peterburq Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda diplom işi yazmağımla əlaqədar Budapeştə getmişdim. Yaradıcılığı barəsində araşdırmalar apardığım macarıstanlı məşhur tişə ustası İştvan Kiş söhbət əsnasında soruşdu ki, sənin Polşa heykəltəraşı Qustav Zemlanın Azərbaycan şairi Nəsiminin portretini hazırlaması barəsində məlumatın varmı? Məndən “Yox” cavabını eşidən heykəltəraş böyük həvəslə həmin əsər barəsində danışmağa başladı. Bir heykəltəraş kimi əsərin bədii xüsusiyyətlərinin çox yüksək olduğunu vurğulayaraq dedi: “Bakıda olarkən (1976-cı ildə İ.Kişin də paytaxtımızda fərdi sərgisi açılıb) Nəsimi barəsində bakılı dostlarımdan məlumat almışdım və onun əqidəsi uğrunda dönməzliyi məni heyrətə gətirmişdi. Mənim də fikrimdən bu obraza müraciət etmək keçirdi, amma Qustav məni qabaqladı. Qənaətimcə, onun “Nəsimi”si şair taleyinə tutula biləcək ən təsirli “bədii güzgü” sayılmağa layiqdir. Odur ki, ondan sonra bu mövzuya qayıtmağa hələ ki, özümü hazır hesab etmirəm”. Xahişimlə o, mənə polşalı heykəltəraşın ünvanın verdi...

Bakıya qayıtdıqdan sonra Varşavaya bir neçə dəfə məktub yazdım, ancaq Qustav Zemladan cavab almadım. Ümidsizliyə qapıldığım anlarda - bir neçə müddətdən sonra Polşadan bir bağlama aldım. Orada Qustav Zemlanın mənə yazdığı məktub, Nəsiminin portretinin fotoşəkilləri və heykəltəraşın fərdi sərgisinin kataloqu vardı. O, məktubda əvvəlcə xəstə, sonra isə tez-tez xarici səfərlərdə olduğuna, həm də Nəsiminin portretinin hazır fotosunun olmadığına görə ( o vaxt portret Fransada sərgidə nümayiş olunurmuş) gec cavab yazdığını qeyd edirdi. Eyni zamanda, 1974-cü ildə Azərbaycanda qayğı və məhəbbətlə qarşılandığından, indi də gəzib-gördüyü yerləri xoş xatirələrlə yad etdiyindən söz açırdı. Məhz xalqlarımız arasında dostluğun rəmzi kimi səslənə biləcək əsər yaratmaq arzusundan, bunun üçün bilavasitə şair Nəsiminin - dahi mütəfəkkirin, humanist və böyük insanın obrazını seçdiyini qeyd edirdi: “Onun həyatı və yaradıcılığı ilə qısa tanışlıqdan sonra əmin oldum ki, UNESCO kimi mötəbər bir təşkilat əbəs yerə 1973-cü ildə onun 600 illik yubileyini keçirməyibmiş”. O, eyni zamanda, əgər tale imkan verərsə, bir də Bakıya gəlmək, şairin portretini Azərbaycan xalqına hədiyyə vermək arzusunda olduğunu bildirirdi...

Duyulası maraqla çoxdan görmək arzusunda olduğum portretin fotosunu əlimə aldım. Dərhal da İştvan Kişin Budapeştdə əsər barəsində dediklərini xatırladım. Doğrudan da “cahana sığışmayan” bir adamla üz-üzə, göz-gözə qaldığımı hiss etdim. Etiraf edim ki, müasir heykəltəraşlıqda insan yaşantılarının bu dərəcədə fəciliyə bələnməsini ilk dəfə idi ki, görürdüm...

Şair çöhrəsinin mənalı tutumundakı gərgin dramatizmin zənginliyini qabarıq əks etdirən portretdə plastikanın məna-məzmundan “şirələnməsi” kifayət qədər duyulurdu. Əsərin şaquli ritmə, daxili hərəkətə əsaslanması, xarakterin dəqiq cizgilərlə, ifadəli siluetlə ifadə olunması, həcmlərin bütövlüyü və reallığı şaşırdıcı biçimdə idi. Hürufi şairin xarakterinin açılmasını onun gözlərinin ifadəliliyinə etibar edən müəllif, bununla da baxışlarını tamaşaçıdan “gizləyən” söz xiridarının suallı olmasını şərtləndirmişdi. Nəsimi nə xəyala dalmış, nə də baxışlarını dəqiq bir nöqtədə cəmləşdirmişdir. Onun nəzərləri sirli bir aləmə - öz düşüncə və ümidlərini apardığı gələcəyə yönəlmişdir. Şairin varlığını təşkil edən iradə və dəyanət ifadələri, sözün əsl mənasında, bu baxışlarda toplanmışdır desək, həqiqəti söyləmiş olarıq...

Şairin vüqarlı baxışı daxili dinamik gərginlik üçün səciyyəvidir. Heykəltəraşın forma-kompozisiya axtarışları burada özünü başqa cəhətdən də göstərmişdir. Şairin üzünün forma həllini zənginləşdirən qrafik cizgi və batıqlar xarakterin, ümumiyyətlə, sənətkar taleyinin dəhşətli sonluğunun gözəl plastik ifadəsi kimi güclü təsir bağışlayır. Kəskin cizgilər bu mərd, ölməz şairdə misilsiz bir daxili mənəvi müqavimət qüvvəsinin olduğuna işarə kimi qəbul olunur. İnsana yüksək dəyər verən, onu yaranmışların ən ləyaqətlisi və ən nəhayət, yaradana bərabər tutan şairin bütün varlığı bu portretdə təsirli formada öz əksini tapmışdır. Qələbə kimi səslənən dəyanət, hətta faciəli qətlin gücü ilə də məhv olmayan, ideyasından və əqidəsindən dönməyən şair yenilməzliyinin təsviri əsərin uzun müddət unudulmayan əsas xəttini təşkil edir...

Sonda tanışlıq üçün bildirim ki, Qustav Zemla Polşanın şan-şöhrətli sənətkarlarındandır. Hazırda 86 yaşı var. Varşava Rəssamlıq Akademiyasında professor L.Niçedən və F.Strınkeviçdən dərs almış, 1958-ci ildə Akademiyanı fərqlənmə diplomu ilə bitirmişdir. İrili-xırdalı əsərləri uzun illərdir ki, həm Polşada, həm də neçə-neçə xarici ölkədə təşkil olunan sərgilərdə müvəffəqiyyətlə nümayiş etdirilir. Q.Zemla dəfələrlə müxtəlif müsabiqələrin qalibi olmuş, Dövlət mükafatına layiq görülmüşdür.

Monumental abidələrlə yanaşı, onun yaradıcılığında portret janrı da xüsusi yer tutur. Sənətkar heç vaxt modelin zahiri oxşarlığını əldə etməyin “əsiri” olmamış, məhz bu səbəbdən də həyatına müraciət etdiyi adamların yaddaqalan, özünəməxsus cizgiləri ilə diqqəti cəlb edən obrazlarını yaratmağa nail olmuşdur. İndi Qustav Zemlanın yaratdığı portretlər qalereyasında dahi Azərbaycan şairi İmadəddin Nəsiminin portreti də özünəməxsus yer tutur. Heykəltəraşın davamlı olaraq təşkil olunan sərgilərində bu portret böyük müvəffəqiyyətlə nümayiş etdirilməkdədir...

Ziyadxan Əliyev

Əməkdar İncəsənət Xadimi,

sənətşünaslıq üzrə fəlsəfə doktoru

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ağdamda ildırım düşməsi nəticəsində yanğın baş verib

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və müstəqil məhkəmə sisteminin institusional təməlləri

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub

Vüqar Rəhimzadə: Qurtuluşdan başlanan yol Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub

Ünal Üstel: Azərbaycanda ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub

Ağcabədidə tam orta təhsil səviyyəsini bitirən 1466 məzun üçün “Son zəng” çalınıb

Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır

Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq

Ağdam şəhərində 33 il sonra “Son zəng” çalınıb

Milli Qurtuluş Günü müasir Azərbaycanın siyasi, iqtisadi və ideoloji dayağıdır - ŞƏRH

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Nazir müavini: Gənclərin texnologiyaların yalnız istifadəçisi deyil, həm də yaradıcısı olmağını istəyirik

Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır

Bu saata olan əsas xəbərlər