Niderlandda MH17 aviareysinə dair məhkəmə iclası başlayıb
Bakı, 8 iyun, AZƏRTAC
Niderlandın “Schiphol” məhkəmə kompleksində 2014-cü ildə MH17 reysi ilə uçan təyyarənin vurulması ilə bağlı cinayət işi üzrə dördüncü məhkəmə iclası başlayıb.
AZƏRTAC Ukrinform agentliyinə istinadla xəbər verir ki, koronavirus pandemiyası ilə əlaqədar məhkəmədə iştirak edəcək şəxslərin sayı məhdudlaşdırılıb. Məhkəmə iclası niderland və ingilis dillərində canlı yayımlanacaq. İclas iyunun 8-dən iyulun 3-dək keçiriləcək. Koronavirus infeksiyasının yayılması səbəbindən dinləmələrin təxirə salınacağı və ya ləğv ediləcəyi istisna olunmur.
Haaqa dairə məhkəməsi MH17 reysi ilə uçan təyyarənin Ukraynanın Donbas regionunda qəzaya uğramasına dair cinayət işi üzrə dinləmələrə bu ilin martında başlayıb. COVID-19 pandemiyası səbəbindən həmin vaxt yalnız üç məhkəmə iclası baş tutub.
Xatırladaq ki, Amsterdamdan Kuala-Lumpur şəhərinə MH17 reysini həyata keçirən “Malaysia Airlines” aviakompaniyasına məxsus “Boeing-777” təyyarəsi 2014-cü il iyulun 17-də Ukraynanın Donbas regionu üzərində raketlə vurulmuşdu. Qəza nəticəsində təyyarənin göyərtəsindəki 283 sərnişin və 15 ekipaj üzvünün hamısı həlak olmuşdu.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [11:06]
Nepalda məktəb avtobusu qəzaya uğrayıb: 5 ölü, 14 yaralı
- 09.10.2026 [11:04]
İran uranın zənginləşdirilməsindən imtina etməyəcəyini bəyan edib
- 09.10.2026 [09:34]
Çin Avropa Parlamentinin hesabatına sərt etirazını bildirib
- 09.10.2026 [09:05]
İstanbulda binanın çökməsi nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb
- 09.10.2026 [07:49]
“Axios”: Vitkoff və Kuşner oktyabrın sonunda Moskvaya səfər edə bilər
- 09.10.2026 [06:44]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı yeni sanksiyalar tətbiq edəcək
Bu gün Ümumdünya Poçt Günüdür
- [09:37]
ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib
- 08.10.2026 [23:36]
Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb
- 08.10.2026 [23:03]
Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib
- 08.10.2026 [21:37]
Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək
- 08.10.2026 [20:39]
Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb
- 08.10.2026 [20:09]
Bu saata olan əsas xəbərlər
- 08.10.2026 [20:00]
Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb
- 08.10.2026 [19:43]
Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir
- 08.10.2026 [19:24]
Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib
- 08.10.2026 [19:20]
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb
- 08.10.2026 [19:18]