Nigeriyada CAR kompaniyalarının ofis və mağazalarına hücumlar edilib
Bakı, 4 sentyabr, AZƏRTAC
Nigeriyada naməlum şəxslər Cənubi Afrika Respublikasında (CAR) zorakılığa cavab olaraq bu ölkə kompaniyalarının ofis və mağazalarına hücumlar ediblər.
AZƏRTAC “Premium Times” nəşrinə istinadla xəbər verir ki, insident yerli vaxtla saat 21:00-da qeydə alınıb. Ölkənin cənub-qərbindəki Oyo ştatının İbadan şəhərində MTN telekommunikasiya kompaniyasının ofisi yandırılıb. Bu şirkət Nigeriyanın ən iri mobil operatorudur.
Eyni zamanda, ölkənin müxtəlif hissələrində digər CAR kompaniyaları da hücumlara məruz qalıb. İbadan şəhərində “Shoprite” mağazasına hücum zamanı polis avtomobili yandırılıb, hücum edənlərdən biri öldürülüb.
Hazırda Laqos şəhərində yerləşən ticarət mərkəzlərinə təhlükəsizlik qüvvələri yerləşdirilib. Nigeriya Federal Hökuməti vətəndaşları hücumları dayandırmağa çağırıb.
Qeyd edək ki, sentyabrın 1-2-də CAR polisi xarici ölkə vətəndaşlarına, əsasən də nigeriyalılara məxsus mağazaları talayan 100-ə yaxın insanı saxlayıb. Etirazlar ötən həftə taksi sürücüsünün qətlə yetirilməsindən sonra başlayıb. Yerli sakinlər onun nigeriyalı narkotik alverçisi tərəfindən öldürüldüyünü iddia edirlər.
Bir qədər əvvəl Nigeriya Xarici İşlər naziri Cefri Oneama Cənubi Afrika Respublikasında nigeriyalılara hücumlarla bağlı CAR-ın ölkədəki səfirini nazirliyə çağırıb. Nigeriya Prezidentinin rəsmi nümayəndəsi Qarba Şehu isə özünün “Twitter” səhifəsində Nigeriya lideri Məhəmməd Buxarinin vəziyyəti müzakirə etmək üçün CAR prezidenti Siril Ramafosun yanına xüsusi nümayəndə göndərdiyini yazıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]
Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək
- 15.06.2026 [14:29]
Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir
- 15.06.2026 [12:21]
Myanma Prezidentinin Çinə səfəri başlayıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]