Nihat Kahveci: Azərbaycanda idmanın inkişafı üçün hər cür şərait yaradılıb
Bakı, 4 mart, AZƏRTAC
“Bakı 2019: Ulduzlar Finalı” adlı qarşılaşma yüksək səviyyədə təşkil olundu. Meydançaya kifayət qədər ulduz futbolçu çıxmışdı.
AZƏRTAC xəbər verir ki, bu sözləri AFFA-nın hesabat konfransında iştirak edən türkiyəli veteran futbolçu Nihat Kahveci jurnalistlərə müsahibəsində deyib.
Bir neçə il əvvəl Tofiq Bəhramov adına Respublika Stadionunda Azərbaycan millisi ilə matçda meydana çıxdığını bildirən N.Kahveci bildirib: “Hazırkı səfərim zamanı ölkənizdə güclü inkişafın şahidi oldum. Möhtəşəm Bakı Olimpiya Stadionu inşa olunub. Azərbaycanda idmanın inkişafı üçün hər cür şərait yaradılıb. Bu da ölkənizdə idmanın inkişafına təkan verir”.
UEFA Avropa Liqasının final oyununun Bakıda təşkil olunmasını Azərbaycan futbolu üçün vacib amil olduğunu bildirən N.Kahveci həlledici mərhələyə vəsiqə uğrunda güclü klubların mübarizə apardığını diqqətə çatdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:06]
Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik
- 16.06.2026 [20:13]
Konfrans Liqası: “Zirə” Gürcüstan klubuna rəqib olub
- 16.06.2026 [20:04]
“Qarabağ” növbəti transferini gerçəkləşdirib
- 16.06.2026 [19:15]
“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib
- 16.06.2026 [18:28]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:07]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [16:57]