Nikaraquanın xarici işlər naziri Milli Məclisdə olmuşdur
Bakı, 9 iyul (AZƏRTAC). İyulun 9-da Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov Nikaraqua Respublikasının xarici işlər naziri Samuel Santos Lopez ilə görüşmüşdür.
AZƏRTAC xəbər verir ki, Samuel Santos Lopezin Azərbaycana səfərinin Nikaraquadan ölkəmizə ilk yüksək səviyyəli rəsmi səfər olduğunu bildirən Ziyafət Əsgərov bunun ikitərəfli əlaqələrin inkişafına töhfə verəcəyini qeyd etmişdir. Z.Əsgərov Azərbaycan-Nikaraqua münasibətlərinin inkişaf etdirilməsinin, parlamentlərarası dostluq qrupunun yaradılmasının vacibliyini vurğulamışdır.
Milli Məclis sədrinin birinci müavini nikaraqualı nazirə Azərbaycanda son illər bütün sahələrdə əldə edilmiş uğurlar, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat vermişdir.
Nikaraquanın xarici işlər naziri Samuel Santos Lopez Azərbaycana ilk rəsmi səfərindən məmnunluğunu bildirmiş, ölkəmizdə gedən sürətli inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını söyləmişdir. Nazir ölkələrimiz arasında siyasi, iqtisadi sahələrdə əməkdaşlığın inkişafının zəruriliyini qeyd etmişdir.
Görüşdə Azərbaycan ilə Nikaraqua arasında əlaqələrin inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [15:52]
Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH
- 03.10.2026 [13:32]
Xalqın inamından tarixi Zəfərə ŞƏRH
- 03.10.2026 [13:07]
3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH
Bu saata olan əsas xəbərlər
- [12:01]
Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
- 02.10.2026 [23:53]
Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb
- 02.10.2026 [23:20]
G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar
- 02.10.2026 [22:57]
“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!
- 02.10.2026 [22:42]
“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər
- 02.10.2026 [22:23]
Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib
- 02.10.2026 [22:05]