Nikon F fotoaparatı mühüm innovasiyalı əmtəələr siyahısına daxil edilib
Tokio, 4 sentyabr, AZƏRTAC
Yaponiya Milli Təbiət və Elm Muzeyi müəyyən sahəni formalaşdıran və insanların həyat tərzinə təsir edən 26 adda məhsulu innovasiyalı əmtəələr siyahısına daxil edib.
AZƏRTAC xəbər verir ki, elm və texnologiyalar sahəsində mühüm tarixi obyektlərin siyahısı Yaponiyada yaradılan texnologiyaların əbədiləşdirilməsi məqsədi daşıyır.
Cari ildə həmin siyahıya 1959-cu ildə yaradılmış təkobyektivli, güzgülü Nikon F fotoaparatı daxil edilib. Bu fotoaparatın yüksək keyfiyyətli çəkilişləri və funksiyaları onu bütün dünyada həm peşəkarlar, həm də həvəskarlar arasında məşhurlaşdırıb. Məhz bu fotoaparat Yaponiyanı fototexnika istehsalı sahəsində lider mövqeyə çıxarıb.
Hazırda həmin siyahıda 285 əmtəənin yerləşdiyi bildirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.08.2023 [04:38]
Antarktidada 20 qolu olan çiyələyə bənzər dəniz canlısı kəşf edilib
- 14.07.2023 [13:43]
Ölü balinanın mədəsində 500 min avro dəyərində “üzən qızıl” tapılıb
- 05.07.2023 [20:47]
Alim ölü kaşalotun içərisində 500 min avro dəyərində xəzinə aşkar edib
- 24.06.2023 [18:40]
Dünyanın ən hündür göydələnləri
- 16.06.2023 [14:00]
Kaliforniyalı Maks Park kubik-rubiki 3,13 saniyəyə yığıb
- 08.06.2023 [17:51]
Alimlərin yeni tapıntısı: Neandertallar ov alətlərini necə yapışdırırdı?
- 22.05.2023 [12:43]
Bakı Zooloji Parkında ayının doğum günü qeyd olunub
- 29.04.2023 [17:42]
Misirli ekspertlər Kleopatranın irqi ilə bağlı mübahisələri qiymətləndirib
- 15.04.2023 [14:18]
İspaniyalı ekstremal idman həvəskarı 500 gün mağarada qalıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]