“Nissan Azərbaycan” şirkətinin baş sponsurluğu ilə ekstremal yürüş uğurla başa çatmışdır
Bakı, 11 may (AZƏRTAC). “Macəra axtaran” telelayihəsi və Aktiv Media Extremal Klubunun təşkilatçılığı, eləcə də “Nissan Azərbaycan” şirkətinin baş sponsorluğu ilə Heydər Əliyevin anadan olmasının 88 illiyi münasibətilə Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivindəki “Heydər zirvəsi”nə yürüş keçirilmişdir.
“Nissan Azərbaycan” şirkətindən AZƏRTAC-a bildirmişlər ki, Quba rayonunun Xınalıq kəndi yaxınlığında, dəniz səviyyəsindən 3 min 751 metr yüksəklikdə yerləşən zirvəyə yürüşdə peşəkar bələdçilərlə yanaşı, media nümayəndələri də iştirak etmişlər. Ekspedisiya qrupu “Nissan Azərbaycan”ın təqdim etdiyi “Nissan X-Trail” avtomobilləri ilə mayın 7-də Bakıdan yürüşə başlamışdır. Günün sonunda çətin keçidləri olan zirvəyə qalxmaq üçün Qızıl Qaya ətəklərində, dəniz səviyyəsindən 2 min 500 metr hündürlükdəki “Atəşgah” adlanan ərazidə düşərgə qurulmuş və mayın 8-də ekspedisiya qrupu “Heydər zirvəsi”nə doğru hərəkət etmişdir.
Ümumilikdə 10 saat çəkən yürüş zamanı iştirakçılar bütün çətinliklərə sinə gərərək missiyanın öhdəsindən uğurla gəlmiş və “Heydər zirvəsi”ndə ulu öndərin barelyefi önünədək qalxmışlar.
Layihənin əlaqələndiricisi Teymur Nəcəfzadədir. Yürüş barədə “Azərbaycan bələdçisi” telelayihəsi daxilində xüsusi veriliş də hazırlanmışdır.
######
![]() |
![]() |
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [12:25]
® “Şəfa” FK-nın forması Acarıstanın rəsmilərinə təqdim edilib
- 09.09.2026 [11:50]
Türkiyə klubuna 22 yaşlı qadın baş məşqçi təyin olunub
- 09.09.2026 [10:44]
Azərbaycan futzal millisinin rəqibi Gürcüstanı məğlub edib
- 09.09.2026 [10:25]
"Sabah" heyətini braziliyalı hücumçu ilə gücləndirib
- 09.09.2026 [10:16]
“Qalatasaray” Çempionlar Liqasında mübarizəyə başlayır
- 09.09.2026 [05:43]
Azərbaycan kayak və kanoeçiləri Minskdə beynəlxalq yarışda iştirak edəcəklər
- 09.09.2026 [01:40]
Çempionlar Liqası: “Sabah”ın rəqiblərinin oyununda qapılara 5 qol vurulub
- 08.09.2026 [22:55]

