İQTİSADİYYAT
Nizami rayonu R.Rüstəmov küçəsinin bir hissəsinin təmiri yekunlaşıb VİDEO
Bakı, 23 may, AZƏRTAC
Paytaxtın Nizami rayonu Rüstəm Rüstəmov küçəsinin bir hissəsi “Azəravtoyol” ASC tərəfindən təmir edilərək istifadəyə verilib.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təmir olunan hissə Mikayıl Əliyev və Bəkir Çobanzadə küçələrinin kəsişmələrində yerləşir.
Məlumata əsasən, həmin hissənin uzunluğu təqribən 1 kilometrdir. Ayrıca olaraq gediş və gəliş hissələrindən ibarət və 6 hərəkət zolaqlı olmaqla küçənin hərəkət hissəsinin ümumi eni 24 metrdir.
Təmir işləri çərçivəsində sözügedən hissədə 2 min poqonmetrə yaxın səki daşı yenisi ilə əvəzlənib, ümumilikdə 20 min kvadratmetr ərazi ikiqat olmaqla asfaltlanıb.
Hazırda küçənin digər hissələrində təmir-tikinti işləri davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.08.2023 [15:22]
Çəllək formalı malikanə
- 22.08.2023 [17:52]
Fəvvarələr meydanında qanunsuz tikinti işləri dayandırılıb
- 21.08.2023 [12:45]
AAYDA son həftə ərzində görülən işlər barədə məlumat yayıb
- 17.08.2023 [21:40]
Tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksində artım olub
- 16.08.2023 [12:20]
Ümumi inşaat işlərinin 88,8 faizini qeyri-dövlət tikinti müəssisələri görüb
- 16.08.2023 [11:15]