Növbəti hərracda 19 nəqliyyat vasitəsi özəlləşdirilib
Bakı, 12 aprel, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən növbəti hərracda 19 nəqliyyat vasitəsi satılıb.
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, hərraca çıxarılan dövlət əmlaklarına ümumilikdə, 71 sifariş qəbul edilib. Hərrac rəqabətli olub. Belə ki, “Toyota Camry” markalı avtomobilin start qiyməti 9 min manat olsa da, ən son təklif 15 min manata yüksəlib. Start qiyməti 7500 manat olan “Toyota Corolla” markalı nəqliyyat vasitəsi 14 min 500 manata özəlləşdirilib. Satılan əmlaklar üzrə dövlət büdcəsinə 186 min 740 manat vəsaitin ödənilməsi nəzərdə tutulur. Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/347gun linki vasitəsilə tanış olmaq olar. Cari ay üzrə növbəti hərrac aprelin 18-də keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:25]
Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]