Növbəti “İslahat İcmalı” elektron məhkəmə islahatlarına həsr olunub
Bakı, 13 fevral, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İslahat İcmalı” “Doing Business” hesabatında müqavilələrin icrası indikatoru üzrə Azərbaycanda aparılan islahatlara həsr edilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, “Elektron məhkəmə” sistemi əsasında proses iştirakçıları arasında bütün məlumat mübadiləsi elektron şəkildə aparılır və şikayətlərə dair məhkəmə prosesi xidmətlərinin elektron formada aparılması istiqamətində qanunvericilik daha da təkmilləşdirilib. Bundan başqa, kiçik iddiaların meyarları və bu iddialara münasibətdə sadələşdirilmiş prosedur qanunvericilikdə də təsbit edilib. Həmçinin hakimlər arasında məhkəmə işləri avtomatik və təsadüfi olaraq bölüşdürülməsi nəticəsində işlərin icra prosesi də əhəmiyyətli dərəcədə sürətlənib.
“İslahat icmalı” ilə bu link
http://iqtisadiislahat.org/store//media/2019/Fevral/DB_2019_Enforcing%20contracts.pdf vasitəsilə tanış olmaq mümkündür.