Novruzu bayram əhval-ruhiyyəsi ilə qarşılayan Bakının gecə görüntüləri – FOTOREPORTAJ



















Bakı, 20 mart, AZƏRTAC
Novruz bayramı şimal yarımkürəsində yazın gəlişi ilə eyni gündə qeyd olunur. Martın 21-də gecə ilə gündüzün bərabərləşdiyi bu gündə qədim zamanlardan bir sıra xalqlar yazın gəlişini, təbiətin oyanışını yeni ilin başlanğıcı kimi qeyd edib, şənliklər keçiriblər.
Novruz bayramının da digər bayramlar kimi özünəməxsus adət-ənənələri mövcuddur. Bu bayramda küsülülər barışar, tonqal qalanar, torba atılar, gənc qızlar fallar edər. Hətta bu bayramlar öz rəngarəngliyi və şənlikləri ilə seçilir. Hər il olduğu kimi bu il də Bakı şəhəri Novruzun gəlişi münasibətilə xüsusi olaraq bəzədilib və paytaxtımız əsl bayram ab-havasına bürünüb. Novruz atributları gündüz olduğu kimi paytaxtımızın gecə görüntüsünü də tamami ilə dəyişib, əl-əlvan rəngə boyayıb. Dənizkənarı Bulvarın, Qız qalasının, paytaxtın bir çox parklarının gecə görüntüləri xüsusilə cəlbedicidir.
AZƏRTAC Novruzu bayram əhval-ruhiyyəsi ilə qarşılayan Bakının gecə görüntülərini təqdim edir.