Noyabrın 15 və 22-də özəlləşdirmə hərracı keçiriləcək
Bakı, 2 noyabr, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən noyabrın 15 və 22-də özəlləşdirmə hərracları keçiriləcək.
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, noyabrın 15-də keçiriləcək hərraca 6 səhmdar cəmiyyətin səhm paketi, 10 dövlət obyekti, 36 nəqliyyat vasitəsi, noyabrın 22-də təşkil olunacaq hərraca 15 dövlət obyekti və 37 nəqliyyat vasitəsi çıxarılacaq.
Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri iqtisadiyyatın müxtəlif sahələrinə aiddir. Digər üstün cəhət isə əksəriyyətinin torpaq sahələri ilə birgə özəlləşdirilməyə çıxarılmasıdır.
Özəlləşdirilməyə çıxarılan səhmdar cəmiyyətləri sənaye, tikinti, kənd təsərrüfatı sahələrinə aiddir. Səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45 faizini təşkil edir.
Hərraca çıxarılan nəqliyyat vasitələrinin əksəriyyəti Yaponiya, Almaniya, Rusiya istehsalıdır. Avtomobillərin buraxılış tarixləri isə 1974-2013-cü illəri əhatə edir.
Hərraca çıxarılan dövlət əmlakının tam siyahısı: (https://bit.ly/3mmNVpB).
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [18:54]
Lu Mey: Çin-Azərbaycan əməkdaşlığında Orta Dəhlizin əhəmiyyəti artır
- 23.09.2026 [18:52]
Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO
- 23.09.2026 [18:48]
Səfir: Çin qlobal iqtisadiyyatın əsas mühərriki olaraq qalır
- 23.09.2026 [17:33]