Numan Kurtulmuş: Türk dünyası qlobal gücə çevrilməyə hazırdır
Bakı, 23 may, AZƏRTAC
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Türk dünyasının qlobal gücə çevrilməyə hazır olduğunu bildirib.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Numan Kurtulmuş Daşkənddə Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ilə görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb. Türk dünyasının insan resursları, təbii sərvətləri, dərin tarixi və mədəni bağları sayəsində yeni güc mərkəzi olmaq potensialına malik olduğunu deyən Kurtulmuş bildirib ki, bu prosesin sürətləndirilməsi üçün birgə səylərin göstərilməsi vacibdir.
“Türk dünyasının birliyi, həmrəyliyi və inkişafı qlobal sülhə töhfə verir. Bu, heç vaxt qlobal sülhə və ya başqalarına zərər verəcək bir inkişaf deyil. Orta Asiyadan Türkiyəyə və “Firuzəyi qövs” adlandırılan Balkan ölkələrinə qədər uzanan bu nəhəng bölgədə, 300 milyon insanın yaşadığı bu ərazidə güclü bir varlığın olması dünyada yeni bir tarazlığın yaranmasına töhfə verəcək, qlobal sülhü və rifahı təmin edəcək”, - deyə o bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.06.2026 [11:45]
İran xam neft ixracına başlayıb
- 17.06.2026 [11:28]
Yaponiya dronlarla bağlı qaydaları sərtləşdirir
- 17.06.2026 [11:17]
Fransa uzaqmənzilli raket sistemi üçün yerli şirkətlərə üstünlük verir
- 17.06.2026 [10:49]
Tacikistanda 18 mindən çox şəxsə amnistiya tətbiq olunacaq
- 17.06.2026 [10:31]
“Politico”: Ursula Fon der Lyayen üçüncü müddətə namizəd olmayacaq
- 17.06.2026 [10:20]
BMT üzv dövlətləri minaları qadağan edən müqaviləyə əməl etməyə çağırıb
- 17.06.2026 [08:38]
Dənizin ortasında şəhər: Dünyanın ən böyük neft platformaları
- 17.06.2026 [08:04]
Çin xarici ticarət təzyiqinə boyun əyməyəcəyini bəyan edib
İran xam neft ixracına başlayıb
- [11:45]
Nabran yolu nə vaxt açılacaq?
- [10:33]
CNN: ABŞ Hörmüz boğazı üzərində nəzarəti faktiki olaraq İrana verib
- 16.06.2026 [23:43]
Almaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə yatıracaq
- 16.06.2026 [22:48]
FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb
- 16.06.2026 [22:27]
NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək
- 16.06.2026 [21:40]
Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək
- 16.06.2026 [21:30]
Bakıda 8-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu təşkil olunub
- 16.06.2026 [21:20]