NYU-YORK ŞƏLALƏLƏRİ İYUNUN 26-DA AÇILACAQDIR
AZƏRTAC xəbər verir ki, Danimarka-İslandiya rəssamı Olafur Eliassonun ideyasına əsasən Nyu-Yorkun müxtəlif hissələrində yaradılmış dörd süni şəlalə bu il iyunun 26-da işə salınacaqdır.
Şəlalələr şəhəri oktyabrın 15-dək bəzəyəcəkdir. Dəyəri 15 milyon dollar olan layihəni “Public Art Fund” qeyri-kommersiya fondu maliyyələşdirmişdir. Şəhərin hakimiyyət orqanları ümid edirlər ki, şəlalələr yüz minlərlə turisti cəlb edəcəkdir.
Eliassonun şəlalələri Bruklin körpüsünün ətəyində, Havernors-Aylenddə, Bruklin-Hayts gəzinti rayonunda və Manhetten körpüsünün yaxınlığında qurulmuşdur. Manhettenin cənubundakı bir nöqtədən isə hər dörd şəlalə görünür.
Rəssam tikinti taxtabəndlərinin bir hissəsini qəsdən göz qabağında saxlamışdır. Onun fikrincə, bunlar Nyu-Yorkun istənilən hissəsində şəhərin əlamətlərindən biridir. Eliassonun dediyinə görə o, təbiəti şəhər landşaftı ilə birləşdirmişdir. Rəssam şəlalələrin açılışı mərasimindən imtina etmişdir: “Hər şey öz təbii axarı ilə getməlidir: onları, sadəcə, səhərçağı işə salacaqlar”.
Eliasson ən böyük layihəsini (şəlalələrdən əvvəl) 2003-cü ildə Londonda yeni “Teyt” qalereyasının maşın salonunda həyata keçirmişdir. Onun “Weather Project”i nəhəng Günəş diskinin imitasiyasından - duman generasiya edən güzgü və maşınlardan ibarət idi. Bu qurğunu iki milyondan artıq adam seyr etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [12:10]
Media: Aviaşirkətlər qış uçuş cədvəllərində böyük dəyişikliklərə hazırlaşır
- 10.06.2026 [12:09]
Araşdırma: İtlər insan mesajlarını sözlər olmadan da anlaya bilir
- 10.06.2026 [12:06]
Beynəlxalq Sivilizasiyalararası Dialoq Günü
- 10.06.2026 [12:02]
Fransada yaşlı insanların sayının artacağı gözlənilir
- 10.06.2026 [11:36]
Yohannesburqda kütləvi atışma nəticəsində 12 nəfər ölüb
- 10.06.2026 [11:32]
BƏT: Dünyada təqribən 138 milyon uşaq əmək istismarına məruz qalır
- 10.06.2026 [11:31]
Yəmən sahillərində silahlı şəxslər yük gəmisinə hücum edib
Yoldaşlıq oyunu: Azərbaycan millisi San-Marinoya qalib gəlib
- 09.06.2026 [23:56]
Tural Möyüfov: “HÜDUD” reallıqla abstraksiya arasındakı keçidin axtarışıdır
- 09.06.2026 [23:49]
Dioqo Balau “Turan Tovuz”a keçib
- 09.06.2026 [23:30]
Seçmə mərhələ: Azərbaycan millisi Şimali Makedoniyanı məğlub edib
- 09.06.2026 [23:28]
“Zirə” Anatoli Nuriyev ilə vidalaşıb
- 09.06.2026 [23:26]