Azərbaycan Dövlət İnformasiya Agentliyi

O, vədini yerinə yetirdi, gəldi, amma şəhid kimi...

Bakı, 4 noyabr, AZƏRTAC

Sayad şəhid olmamışdan iki gün əvvəl müharibənin qızğın vaxtlarında evə zəng vurmuşdu. Ona sağ-salamat gələcəyinə söz verməsini istədim. Sadəcə gələcəyəm dedi. Sözünün üstündə durdu, gəldi, amma şəhid kimi…

Bunu AZƏRTAC-a müsahibəsində Vətən müharibəsi şəhidi Sayad Hacıyevin anası Simuzər Hacıyeva deyib.

O, fikirlərinə belə davam edib: “Bağçada müəllimə işləyirəm, balaca uşaqlara tərbiyə verirəm. Bu gün düşünürəm ki, ən gözəl tərbiyəni elə öz oğluma vermişəm, uşaqlıqdan ona Vətənə sevgini aşılamışam. Bir ana üçün övladının yoxluğundan danışmaq çox çətindir. Lakin Sayad mənim üçün yaşayır. Biz analar şəhid övladlarımızın varlığını, onların bizə toxunduğunu, yanımızda olduğunu hiss edir, hətta görürük də. Bu, Allahın bir möcüzəsidir. Bu, bizə səbir dözüm verir…”.

Necə gəlsən qəbulumdur, təki sən gəl...

Simuzər Hacıyeva üçün Sayad haqqında keçmişdə danışmaq çox çətindir, lakin o, mətanətini qoruyaraq Sayaddan söhbət açır: “Sayad uşaqlıqdan sözəbaxan, çox ağıllı, həssas oğlan idi, heç kimin qəlbini qırmazdı. 2019-cu ildə Bakı şəhər Dövlət Dəmir Yolu Liseyini bitirib hərbi xidmətə yollandı. Sayadı son dəfə 2020-ci ilin yanvarında məzuniyyətə gələndə gördük. Geri qayıdanda hərbi hissəyə qədər onunla getdik. Hərbi hissəyə qayıdan vaxt ikimizi də ağlamaq tutdu. Sanki sonuncu dəfə bir-birimizə sarıldığımızı hiss edirdik. Elə də oldu. İki aydan sonra koronavirus pandemiyası başladı, karantin rejimi tətbiq edildi və biz onu bir daha görə bilmədik. Ara-sıra telefonla danışırdıq. Sayadın hərbi xidməti bitirməyinə günlər qalmışdı ki, müharibə başladı. Hələ müharibədən bir neçə ay əvvəl danışanda evə yeni formada gələcəyini demişdi. Özü də bilirdi ki, hərbi formanı çox sevirəm. Ona dedim ki, tələsmə, hələ gəlməyinə üç ay var, onda alarsan. Sonra da necə gəlsən qəbulumdur, təki sən gəl dedim. O sözləri deyəndə düşünmədim ki, Sayad üçrəngli Bayrağa bükülüb gələcək və mən qəbul etməli olacağam…

Tovuz döyüşləri başlayanda Yevlaxda hərbi hissədə idi. Onunla danışanda dedi ki, birlikdə xidmət edən hərbi qulluqçulardan döyüşə gedənlər var. Ona dedim ki, birdən səni də aparsalar, ehtiyatlı ol, özünü qoru. Dedi, narahat olma, ana gəlmişik Vətənə borcumuzu verək. Nəsə olsa, narahat olmayın. Hələ onda dedim ki, oğul, əgər getsən mütləq başını qoru, sənə əl taparam, ayaq taparam, hətta göz də taparam, amma başını qoru. Vətən müharibəsində şəhid olmasına səbəb boynunun arxasından qəlpə yarası alması oldu. Sayad ilk dəfə idi ki, dediyimə əməl etməmişdi…

Sayad nə qədər mülayim xarakterə malik idisə, bir o qədər də qorxmazlığı, cəsarəti ilə seçilirdi. Vətən müharibəsi başlayanda da Sayad tərəddüd etmədən irəli atılanlardan oldu. Tərtər rayonunun Suqovuşan qəsəbəsi və Talış kəndi, eyni zamanda, Ağdərə istiqamətlərində aparılan hərbi əməliyyatlarda iştirak etdi. Oktyabrın 14-də Suqovuşanda şəhadətə ucaldı.

Sanki 14 rəqəmi Sayadın taleyini həll etdi...

Sayadla son dəfə oktyabrın 12-də danışdıq. Həmin gün iki dəfə zəng vurmuşdu, xeyli söhbət elədi bizimlə. Mən ona deyəndə ki, müharibəni kinolarda, filmlərdə görmüsən. Dedi burada şahid olduqlarım qarşısında kinolar, filmlər yalandır. Burada hər şey tamam fərqlidir. Allahın izni ilə gələndə danışaram. Dedim söz ver ki, salamat gələcəksən. Dedi gələcəyəm, söz verirəm ki, gələcəyəm. Amma sağ-salamat gələcəyəm demədi. Gəldi, amma şəhid kimi, öz ayaqları ilə getdiyi yolu, çiyinlər üstündə geri qayıtdı…

Sonradan mənə döyüş yoldaşları demişdi ki, şəhid olacağı Sayadın ürəyinə damıbmış, bunu bizdən gizlətsə də, döyüş yoldaşlarına deyibmiş.

Şəhid olduğu gün də yuxuma girmişdi. Gecə yuxuda gördüm ki, ailəlikcə evdən çıxanda qarşımızda müharibənin görüntüsü canlanır. Yuxuda Sayadı getməyə qoymuram. Sayad əlimdən tutub dedi ki, ana, mən and içmişəm, getməliyəm. O, əlimi buraxaraq getdi. Sayad həmin gün şəhid oldu. Sayad yuxuda mənimlə halallaşdı, sağollaşdı. Əlini buraxdığım zaman ona Allaha əmanət ol dedim. Mən onu Allaha əmanət elədim… Ən maraqlısı odur ki, Sayad martın 14-də doğuldu, oktyabrın 14-də isə şəhid oldu. 14 rəqəmi Sayadın taleyini həll etdi sanki…

Sayadın nəşini bizə üç gün sonra - oktyabrın 17-də təhvil verdilər. Əvvəl Sayadı 300-500 nəfər tanıyırdısa, indi minlərlə insan tanıyır. Sayad bizi də hər kəsə tanıtdı. Biz onunla fəxr edirik, qürur duyuruq…”.

Suqovuşana dəmir yolu xətti çəkiləcək, ilk qatarın maşinisti mən olacağam

Sayadın ən böyük arzularından biri azad olunmuş ərazilərdə maşinist kimi qatar sürmək olub. Şəhidin anası AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “Sayad “elektromaşinist” ixtisası üzrə təhsil almışdı. Suqovuşan azad olunandan sonra döyüş yoldaşlarına deyirmiş ki, vaxt gələcək buraya dəmir yolu xətti çəkiləcək və ilk qatarın maşinisti mən olacağam, siz də mənim ilk sərnişinlərim olacaqsınız. Çox təəssüf ki, bu arzusu da həyata keçmədi. Balaca qardaşı Araz Türkiyənin Sivas şəhərində kompüter mühəndisliyi üzrə təhsil alır. Bu, Sayadın arzularından biri idi. Qardaşının bu sahədə təhsil almasını çox istəyirdi. Araz Sayadın arzusunu yerinə yetirir.

Sayadgil müharibə zamanı üç gün mühasirədə qalıblar

Şəhidin atası Azad Hacıyev böyük övladları olan Sayadla aralarında rəsmiyyət olmadığını, hətta bir-birilərinə dost-sirdaş münasibəti bəslədiklərini deyib: “Yeri gələndə mən ondan məsləhət alırdım. Ağlına, zəkasına heyran qalırdım. O, hər zaman öz nümunəvi davranışı ilə başımızı uca eləyib. Allah da onu ən sevimli bəndələrindən birinə çevirdi. Sayad həmişə bizimlədir. Bir ömür də bizimlə yaşayacaq. Sayad müharibə dövründə də şücaəti, vətənpərvərliyi ilə seçilənlərdən olub. Onun komandirinin dediklərini heç zaman unutmayacağam. Suqovuşanda üç gün mühasirədə qalıblar. Zabit deyir ki, bölükdən ümidimi üzmüşdüm. Üç gün təminat, təchizat, yox imiş, ərzaq, su çatışmazlığından əziyyət çəkirmişlər. Həmin günlərdə uşaqlarda ruh düşkünlüyü olmayıb. Əksinə hamısı bir-biri ilə zarafatlaşır, hamısı bir-birindən dəstək alırmış. Komandirləri onlara başlarını gözləməyi tapşırıb ki, snayperlə vurmasınlar. Üçüncü gün xüsusi təyinatlılarımız köməyə gələrək onları mühasirədən çıxarıblar. O anları yaşayan övladlarımızı, qardaşlarımızı unutmaq olmaz”.

Qeyd edək ki, Vətən müharibəsi şəhidi Sayad Hacıyev Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

Türkiyənin cənubunda üç zəlzələ baş verib

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO