Oğlanlar arasında həndbol üzrə hazırlıq və yoxlama yarışları təşkil edilib
Bakı, 28 iyun, AZƏRTAC
Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə Şağan Olimpiya İdman Kompleksinin açıq meydançasında oğlanlar arasında həndbol üzrə hazırlıq və yoxlama yarışları təşkil edilib.
AZƏRTAC xəbər verir ki, turnir UNIFIED Sports (İnklüziv birləşmiş idman komandası) proqramına uyğun olaraq 2 divizionda keçirilib. Yekun nəticəyə görə, Xəzər rayonu valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbinin komandası birinci yeri tutub. İkinci divizionda isə Qaradağ rayonu E.Quliyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 9 nömrəli xüsusi internat məktəbinin həndbolçuları qalib olublar.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə təşkil olunan və 12 komanda iştirakı ilə baş tutan yarışlar 2022-ci ilin beynəlxalq turnirlərinə hazırlıq xarakteri daşıyır.