Oğuz rayonunun Calut kəndində yeni məktəb binası tikilir
Oğuz, 15 may (AZƏRTAC). Oğuz rayonunun Calut kəndində 220 şagird-yerlik yeni məktəb binasının tikintisi davam etdir.
Rayon təhsil şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, dövlət vəsaiti hesabına inşa edilən iki mərtəbəli yeni tədris ocağında sinif otaqları ilə yanaşı, fənn kabinetləri, laboratoriyalar, akt və idman zalları fəaliyyət göstərəcəkdir. Binada müasir istilik sistemi quraşdırılacaqdır. Hazırda binanın ikinci mərtəbəsində tikinti-quraşdırma işləri gedir. Binanın yeni dərs ilinədək istifadəyə verilməsi nəzərdə tutulur.
Rayonun Qarabulaq və Sincan kəndlərində hər biri 220 şagird-yerlik yeni məktəb binalarının tikintisi üçün layihələndirmə işləri də artıq başa çatdırılmışdır. İlin sonunadək bu məktəblərin də tikintisinə başlanılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]