Azərbaycan Dövlət İnformasiya Agentliyi

Oğuz şəhər mədəniyyət və istirahət parkı açılmışdır

Oğuz, 16 noyabr (AZƏRTAC). Noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev Oğuz şəhər mədəniyyət və istirahət parkının açılışında iştirak etmişdir.

Dövlətimizin başçısına məlumat verildi ki, son illər Oğuzda sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri, onların istirahəti üçün mühüm işlər görülmüşdür.

Qeyd edildi ki, tikintisinə 2008-ci ildə başlanılan, ümumi sahəsi iki hektar olan parkın giriş qapısının üzərində dövlət bayrağının təsviri əks olunmuşdur. Parkda örtülü kölgəliklər, su hovuzları və biri musiqili olmaqla beş fəvvarə, uşaq əyləncə meydançası qurulmuşdur. Mədəniyyət və istirahət parkında yaradılmış 120 yerlik amfiteatrda müxtəlif tədbirlərin, o cümlədən konsert proqramlarının təşkili üçün geniş imkanlar vardır. Burada, həmçinin günbəz formasında 12 istirahət guşəsi yaradılmışdır.

Bildirildi ki, parkda geniş abadlıq-quruculuq işləri həyata keçirilmiş, səkilər salınmış, yaşıllaşdırma işləri görülmüş, dekorativ gül kolları və ağaclar əkilmişdir.

Prezident İlham Əliyevə parkın yaxınlığında, Heydər Əliyev prospektinin başlanğıcında yaradılmış Bayraq Meydanı haqqında da məlumat verildi.

Qeyd edildi ki, ümumi ərazisi min kvadratmetr olan meydanın inşasına 2011-ci ilin avqustunda başlanılmışdır. Burada quraşdırılan bayraq dirəyinin hündürlüyü 50 metrdir. Bu isə Azərbaycanın dövlət bayrağının Oğuz şəhərinin bir çox yerindən görünməsinə imkan yaradır. Bayrağın uzunluğu 15, eni isə 7,5 metrdir. Bayraq dirəyinin ətrafında ərazisi 200 kvadratmetr olan təbii qranitdən meydança, 300 kvadratmetr beton daşlarla üzlənmiş sahə, 500 kvadratmetr yaşıllıq zolağı salınmış, müasir işıqlandırma sistemi quraşdırılmışdır. Bundan başqa, meydanın ətrafında 3,5 min kvadratmetrədək ərazidə abadlıq işləri aparılmış, yollar genişləndirilmişdir.

Dövlətimizin başçısı parkda Oğuz rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Azərbaycan Prezidenti İlham ƏLİYEV Oğuz rayon ictimaiyyətinin nümayəndələrini salamlayaraq dedi:

-Xoş gördük, çox gözəl parkdır. Keçən dəfə Oğuzda olarkən parkın layihəsi ilə tanış olmuşdum. İndi isə park artıq hazırdır, gözəl şərait yaradılıb, Oğuza gözəllik verir. Ümumiyyətlə, rayonun bu hissəsi son illər ərzində böyük dərəcədə abadlaşıbdır. Yadınızdadır ki, burada bir dənə də olsun bina yox idi. Birinci xəstəxana, sonra Olimpiya İdman Kompleksi, ondan sonra park tikildi. Beləliklə, Oğuzun giriş hissəsi böyük dərəcədə dəyişdi, abadlaşdı, gözəlləşdi. Bu, çox sevindirici haldır. Hər bir bölgədə olduğu kimi, Oğuzda da inkişaf var və bütün məsələlər öz həllini tapır. Həm sosial məsələlər, həm iqtisadi məsələlər.

Bu gün parkın açılışı ilə bərabər, burada tikilmiş böyük sənaye müəssisəsinin açılışını da qeyd edəcəyik. Bu müəssisə də, deyə bilərəm ki, nəinki Azərbaycanda, bütün bölgədə yeganə qlükoza zavodudur. Bu zavodun fəaliyyətə başlaması, əlbəttə, iş yerlərinin açılmasına xidmət göstərəcək və eyni zamanda, kənd təsərrüfatının inkişafına da təkan verəcəkdir. Çünki bu zavodun xammalı kənd təsərrüfatı məhsullarıdır. Bütövlükdə Oğuz rayonunun gələcəkdə inkişafı kənd təsərrüfatı və turizmin inkişafı ilə bağlı olacaqdır. Bizim siyasətimiz bundan ibarətdir.

Turizmə gəldikdə, artıq ilkin addımlar atılmaqdadır. Keçən dəfə burada olarkən yeni otelin açılışını qeyd etmişik. İndi otel işləyir. Turistlərin sayı artmalıdır. Həm daxili turizm inkişaf etməlidir, həm xaricdən turistlər daha da çox gəlməlidirlər. Bunu etmək üçün imkanlar vardır. Dünən Dünya Turizm Təşkilatının baş direktoru Bakıda idi. Biz onunla görüşdük və Azərbaycanın turizm potensialı dünyada artıq böyük diqqətlə qeyd edilir. Əlbəttə, müxtəlif bölgələrdə müxtəlif turizm imkanlarımız vardır. Amma bu bölgənin özünə xas olan gözəl imkanları, təbiəti, havası, iqlimi var ki, bax biz bu nemətlərdən istifadə etməliyik. Mən ümid edirəm ki, gələcək illərdə Oğuz Azərbaycanın turizm mərkəzlərindən birinə çevriləcəkdir. İndi bütün bu zonada abadlıq, quruculuq, infrastruktur layihələri icra edilir, yol çəkilir. Bakıdan Oğuza çəkilən yol, - demək olar ki, onun böyük hissəsi indi hazırdır, - Balakənə qədər davam edəcəkdir. Yol olan yerdə inkişaf da olur.

Qəbələdə Beynəlxalq aeroportun açılışı gözlənilir. Bu da başqa ölkələrdən bu bölgəyə turistlərin birbaşa gəlişi üçün şərait yaradacaqdır, dəmir yolu işləyir. Yəni, bildiyiniz kimi, Oğuz rayonu əhali nöqteyi-nəzərdən böyük rayon deyildir. Ancaq potensialı kifayət qədər böyükdür. Biz rayonun potensialından maksimum dərəcədə istifadə etməliyik.

Sosial məsələlərin həllinə gəldikdə, bir neçə il bundan əvvəl gözəl xəstəxana tikilmişdir. İndi mən maraqlanıram, işləyir, gözəl xidmət göstərir. İdmanla məşğul olmaq üçün yüksək səviyyədə imkanlar vardır. Məktəblər tikilir və bu proses hələ davam etdirilməlidir. Bir neçə il bundan sonra da məktəb tikintisi ilə ciddi məşğul olacağıq. Çünki hələ ki, qəzalı vəziyyətdə məktəblər vardır. Düzdür, onların sayı azalır, ancaq var, olmamalıdır və olmayacaqdır.

Digər sosial məsələlərin həlli ilə bağlı bütün bölgələrdə, o cümlədən burada da işlər görülür, qazlaşdırma gedir. Qazlaşdırma hələ ki, istədiyimiz səviyyədə deyildir. Mənə verilən arayışa görə, Oğuzda bu, təqribən 35 faiz səviyyəsindədir. Ancaq qarşıya məqsəd qoyulub ki, biz bu səviyyəni maksimum dərəcəyə, təqribən 90 faizə çatdırmalıyıq. Buna görə də növbəti iki il ərzində Oğuz rayonunun qazlaşdırılma ilə bağlı bütün əsas problemləri öz həllini tapmalıdır. İçməli su-kanalizasiya layihələri icra edilir. Yəqin ki, bu layihə də haradasa 1-2 il çəkə bilər. Ondan sonra içməli su ilə bağlı heç bir problem qalmayacaqdır. Kənd yollarının tikintisi də gündəlikdədir, körpülər tikilir. Yəni, hərtərəfli inkişaf olmalıdır və vardır. Həm burada, həm bütün başqa bölgələrdə. Hər bir bölgənin öz xüsusiyyətləri, öz təbii şəraiti, sənaye imkanları vardır. Bildiyiniz kimi, hər bir bölgə üçün xüsusi proqram hazırlanıb və icra edilir. Rayonların inkişafı üçün vaxtaşırı əlavə vəsait ayrılır. Oğuz rayonuna da son üç il ərzində vəsait ayrılmışdır, yenə də ayrılacaq ki, burada bütün abadlıq-quruculuq işləri daha da sürətlə getsin.

Mən birinci dəfə deyil ki, Oğuzdayam. Bu, mənim Prezident kimi Oğuza dördüncü səfərimdir. Əlbəttə ki, mənim Oğuza olan diqqətim buraya etdiyim səfərlərlə ölçülmür. Ancaq yenə də deyirəm, mən bütün bölgələrdə olarkən vəziyyətlə tanış oluram və görürəm ki, biz əlavə nə etməliyik, daha hansı addımlar atılmalıdır və vaxtilə atılmış addımlar və açdığımız müəssisələr, binalar, obyektlər necə işləyir. Bu, həm nəzarətdir, həm də gələcək üçün atılacaq addımların, necə deyərlər, hazırlanma mexanizmidir.

Sizi bir daha salamlayıram. Bizim görüşlərimiz hələ bundan sonra çox olacaqdır. Bütün oğuzlulara uğurlar arzulayıram. Sağ olun.

X X X

Rayon sakini Xalid BABAYEV oğuzlular adından dövlətimizin başçısına minnətdarlıq edərək dedi:

-İcazə verin, Oğuza gəlişiniz münasibətilə Sizi bütün oğuzlular adından salamlayım və Sizə “Xoş gəlmisiniz!” deyim.

Siz qeyd etdiyiniz kimi, artıq dördüncü dəfədir Oğuzda olursunuz, oğuzlularla görüşürsünüz, Oğuzun problemləri ilə maraqlanırsınız. Doğrudan da Sizin hər dəfə gəlişiniz oğuzlular üçün böyük bayram əhval-ruhiyyəsi yaradır. Burada insanlar böyük bayram təəssüratı ilə yaşayırlar.

Xalid Babayev respublikamızın bütün bölgələrində olduğu kimi, Oğuz rayonunda da kompleks yenidənqurma və abadlıq tədbirlərinin həyata keçirildiyini vurğulayaraq dedi:

-Həqiqətən də, Siz bayaq qeyd etdiyiniz kimi, buralar boş yerlər idi. İndi, bax, bu durduğumuz park, böyük idman kompleksi, xəstəxana binası müasir tələblər səviyyəsində yaradılıb. Qlükoza zavodu, yeddi yaşayış məntəqəsinə çəkilən su kəməri, Oğuz şəhərinin su-kanalizasiya sisteminin yenidən qurulması, bunlar hamısı Sizin oğuzlulara göstərdiyiniz diqqətin, qayğının nəticəsidir.

Cənab Prezident, biz bütün bunlara görə Sizə həmişə minnətdarıq.

Ötən iyirmi illik müstəqillik dövründə Azərbaycanın böyük inkişaf yolu keçdiyini deyən Xalid Babayev respublikamızın BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsini də ölkəmizin qazandığı ən mühüm uğurlardan biri kimi səciyyələndirdi.

Xalid Babayev Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü münasibətilə onu “Tərəqqi” medalı ilə təltif etdiyinə görə dövlətimizin başçısına minnətdarlığını çatdırdı. O, Oğuz rayonu sakinlərinin Prezident İlham Əliyevin siyasətini daim dəstəklədiklərini vurğuladı, dövlətimizin başçısına və ailəsinə oğuzlular adından ən xoş arzularını bildirdi.

X X X

Prezident İlham ƏLİYEV: Sağ olun, çox sağ olun. İyirmi illik dövr hər bir dövlət üçün bir mərhələdir. Azərbaycan da başqa müttəfiq respublikalar kimi 20 il bundan əvvəl müstəqilliyə qovuşdu. Əlbəttə, bu 20 il ərzində görülən işlər bir də onu göstərir ki, biz tarixi imkandan, tarixi şansdan çox böyük uğurla, böyük məharətlə istifadə etdik. Xalqımız əsrlər boyu müstəqillik arzuları ilə yaşamışdır. Ancaq müstəqil dövlət deyildik. İyirmi il ərzində bütün dünyaya sübut etdik ki, müstəqil dövlət kimi yaşaya, inkişaf edə və dünyada böyük hörmətə layiq ola bilərik.

Ölkə daxilində gedən proseslər göz qabağındadır. Hər bir bölgədə, o cümlədən bu bölgədə, bu rayonda görülən işlər də göz qabağındadır. Bu inkişaf hər bir bölgədə özünü büruzə verir. Daxili siyasətin əsas mahiyyəti və məqsədi ondan ibarətdir ki, ölkə vətəndaşları daha da yaxşı yaşasınlar, daha da yaxşı şərait yaradılsın. Sosial məsələlər daha da uğurla həll olunsun. Əmək haqları, pensiyalar artsın. Şəhərlər gözəlləşsin və müasir tələblərə cavab versin. İndi Azərbaycanda bunu görməmək mümkün deyildir.

O ki qaldı xarici siyasətə, bu sahədə əldə edilən uğurlar da hansısa bir nəticə ilə özünü göstərməlidir. Biz dəfələrlə demişik, mən bir daha demək istəyirəm və həyat da dediklərimi bir daha sübut etdi ki, Azərbaycanın xarici siyasəti daxili siyasətin davamıdır. Bu siyasət Azərbaycan xalqının maraqlarını təmin etmək üçün aparılır. Bu siyasət müstəqil siyasətdir. Biz sübut edə bilmişik ki, müstəqil dövlət kimi öz siyasətimizi aparacağıq. Bu siyasət, bir daha demək istəyirəm ki, heç kimə qarşı deyildir. Bu siyasət ancaq əməkdaşlığı genişləndirmək, dostların sayını artırmaq, bir də demək istəyirəm ki, milli maraqlarımızı maksimum dərəcədə müdafiə etmək üçün aparılır.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına seçkilər dünya birliyinin Azərbaycana olan hörmətini və inamını göstərdi. 155 ölkə Azərbaycanı dəstəkləyib. Bu, böyük amildir. BMT-də 200-dən bir qədər az ölkə vardır və onların 155-i bizimlədir, bizə inanır. Özü də bilirsiniz ki, bu səsvermə o qədər də rahat getmirdi, rəqabət çox güclü idi. On yeddi turdan sonra Azərbaycan qələbə qazandı. Özü də birinci turdan sonuncu turlara qədər daim biz böyük fərqlə qabaqdaydıq. Bu, doğrudan da 20 ilin məntiqi nəticəsidir, yekunudur və görünən nəticəsidir.

Əslində nəticələr daha da çoxdur: bölgədə mövqeyimizin möhkəmlənməsi, tərəfdaşlarımızın sayının artması, Azərbaycanın çevik diplomatiya aparması məsələləri, - onlar mütəmadi qaydada aparılır. Yəni, bu qələbə bir günün qələbəsi deyildir. Bu qələbəni əldə etmək üçün biz illərlə işləmişik. Həm müttəfiqlərimizin sayını, həm də ölkəmizin imicini, imkanlarını artırmışıq və dünyaya müasir, güclü, öz ənənələrinə sadiq olan ölkə kimi təqdim edə bilmişik. Daxili potensialımız, ölkə daxilində mövcud olan sabitlik və vətəndaş birliyi bizi əlbəttə ki, beynəlxalq məsələlərdə daha da gücləndirir. Əgər daxildə hər hansı bir ciddi problem olsaydı, istər-istəməz bölgədəki mövqeyimiz də zəif ola bilərdi. Bizim bölgədəki mövqeyimizin əsas səbəbi daxili sabitlikdir və xalqla iqtidar arasındakı birlikdir. Bax, budur bugünkü Azərbaycanın reallıqları. İyirmi il böyük dövrdür. Bu dövr ərzində böyük yol keçmişik. Növbəti 20 il ərzində Azərbaycan dünya miqyasında inkişaf etmiş ölkələrin sırasında olmalıdır.

Növbəti illər üçün bizim artıq proqramlarımız hazırlanır. 2013-2018-ci illəri əhatə edəcək yeni Dövlət Proqramı hazırlanır. Onun konsepsiyası indi hazırlanır. Bu məsələ ilə bağlı mənim bir çox fikirlərim, planlarım vardır. Əminəm ki, Azərbaycan bu illər ərzində necə inkişaf edib, bundan sonra daha da sürətlə inkişaf edəcəkdir.

Mən sizi bir daha salamlayıram, cansağlığı arzulayıram. Xahiş edirəm ki, mənim salamlarımı bütün oğuzlulara çatdırasınız. Sağ olun.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Premyer Liqasında VIII tura 2 oyunla yekun vurulur

Hüquqşünas: Müstəqil və suveren Azərbaycanın qarşısında daha böyük hədəflər var

Azərbaycan güləş üzrə U-23 dünya çempionatında növbəti medallarını qazanıb

Müstəqilliyin Bərpası Günü: Tarixi qərar, milli iradə və dövlətçilik məsuliyyəti - ŞƏRH

FHN: Xırdalanda baş verən yanğın tam söndürülüb, xəsarət alan olmayıb – YENİLƏNİB 2

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib

Polşada 1500 NATO hərbçisinin iştirakı ilə təlimlər keçiriləcək

Sankt-Peterburqda dron hücumundan sonra baş verən yanğınlar söndürülür

Tramp Rusiya əleyhinə sanksiyalarla bağlı qərarının dünyaya fayda verəcəyini bildirib

Rubio: Tramp İordan çayının qərb sahilində yeni gərginliyin yaranmasını istəmir

Fransada keçirilən aksiya zamanı 150 təhlükəsizlik əməkdaşı xəsarət alıb

Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq

Fransada iğtişaşçılar tarixi bələdiyyə binasını yandırıblar

Hindistanda kollecdə işıq dirəyi aşıb, ölənlər və yaralananlar var

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq