OĞUZ ŞƏHƏRİNDƏ HEYDƏR ƏLİYEVİN BÜSTÜNÜN AÇILIŞI OLMUŞDUR
Rayon icra hakimiyyətinin başçısı Kamil Rəhimov mərasimi açaraq, bütün həyatını və fəaliyyətini öz xalqının xoşbəxtliyinə həsr etmiş ümummilli lider Heydər Əliyevin əvəzsiz tarixi xidmətlərindən danışmışdır. Bildirilmişdir ki, dahi şəxsiyyətin zamanın sınağından çıxmış siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində Azərbaycanın beynəlxalq nüfuzu daha da artır, ölkəmiz sosial-iqtisadi sahədə böyük irəliləyişlərə nail olur.
Milli Məclisin deputatı Eyvaz Qurbanov və digər çıxış edənlər xalqımızın xilaskar oğlunun xatirəsinin daim ürəklərdə yaşayacağını vurğulamışlar.
Sonra Yeni Azərbaycan Partiyasının sıralarına qəbul edilmiş üzvlərə partiya biletləri təqdim olunmuşdur.
Mərasim məktəblilərin ifasında dahi rəhbərə həsr olunmuş ədəbi-bədii kompozisiya ilə başa çatmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [11:30]
Parlament Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsini təsdiqləyib
- 16.10.2026 [11:07]
Milli Məclisdə 12 məsələnin müzakirəsinə başlanılıb
- 16.10.2026 [10:12]
Sultan Hacıyev AQEM-in yeni Baş katibi təyin olunub
- 16.10.2026 [00:12]
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]