Ohayo ştatında aerotaksi istehsal edən zavod tikiləcək
Bakı, 22 sentyabr, AZƏRTAC
Bir zamanlar Rayt qardaşlarının uçuş aparatlar işləyib hazırladıqları Ohayo çayı vadisində tezliklə ən yeni şaquli uçuş və eniş funksiyalı elektrik uçuş aparatları istehsal olunacaq.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, ştat ilə “Joby Aviation” kaliforniyalı şirkət arasındakı sazişdə 2025-ci ilə qədər Deyton beynəlxalq hava limanı bölgəsində 56 hektarlıq ərazidə aerotaksi istehsalının təşkili nəzərdə tutulub.
Futuristik şaquli qalxma və eniş funksiyalı elektrik uçuş aparatları (eVTOL) izdihamlı şəhərlərdə birgə səyahətlər üçün alternativ vasitə qismində dünya bazarlarına yol tapır.
Ohayo ştatındakı “Joby Aviation” zavodunda ildə 500 qədər səssiz uçuş aparatı istehsal olunacaq, bu da 2 minə qədər iş yeri yaratmağa imkan verəcək.
Ohayo ştatı, ştatın iqtisadi inkişafı üzrə “JobsOhio” korporasiyası və yerli investorlar layihənin dəstəklənməsinə təqribən 325 milyon dollar ayırıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [11:42]
Misirdə Roma dövrünə aid piramida formalı sərdabə tapılıb
- 01.10.2026 [11:34]
Fransada mer mübahisəli nikah qərarına görə 7500 avro cərimələnə bilər
- 01.10.2026 [11:26]
İsveçrədə quraqlıq nəticəsində Qədim Roma dövrünə aid xarabalıqlar üzə çıxıb
- 01.10.2026 [08:26]
Marko Rubio İran nümayəndə heyətinin ABŞ-ni dərhal tərk etməsini tələb edib
- 01.10.2026 [08:10]
CENTCOM: ABŞ qüvvələri İranla əlaqəli 125 ticarət gəmisini nəzarətə götürüb
- 01.10.2026 [07:44]
Nyu-Yorkda Van Qoq, Mone və Sezanın nadir əsərləri hərraca çıxarılacaq
- 01.10.2026 [06:50]