İDMAN
OLİVER PELZER: “AZƏRBAYCAN KOMANDASINDA İSTEDADLI FUTBOLÇULAR ÇOXDUR”
Bakı, 5 iyun (AZƏRTAC). 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Sumqayıtda seleksiya xarakterli təlim-məşq toplanışını davam etdirir.
Komandanın baş məşqçisi Oliver Pelzer hazırlıq prosesi barədə fikirlərini bildirmişdir: “Məşqlərdə əsasən texniki və taktiki hazırlığa üstünlük veririk. Rəqibin hücumları zamanı müdafiənin qurulması üzərində çalışırıq. Bildiyiniz kimi, Moldovada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəyik. Komandada istedadlı futbolçular çoxdur. Onların arasından seçim etmək çətindir. Moldovaya gedəcək 18 nəfərlik heyət hələ müəyyənləşməmişdir. Ötən il həmin turnirdə ikinci olmuşduq. Çalışacağıq ki, bu dəfə daha yaxşı nəticə əldə edək”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.06.2024 [15:39]
“Gəncə”dən ayrılan voleybolçu Rusiya klubuna keçib
- 20.06.2024 [14:34]
Azərbaycanın 3 yunan-Roma güləşçisi BRICS Oyunlarında medal qazanıb
- 20.06.2024 [14:14]
Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 13 medal qazanıblar VİDEO
- 20.06.2024 [13:28]
Azərbaycan klubu milli komandanın voleybolçusunu transfer edib
- 20.06.2024 [13:27]
"Sabah" klubunun kapitanı: Püşk qarşımıza ən çətin rəqibi çıxardı
- 20.06.2024 [13:10]
Azərbaycanın iki parapauerliftinqçisi Dünya Kubokunda iştirak edəcək
- 20.06.2024 [12:40]
Azərbaycan paraüzgüçüsünə “Paris-2024”də iştirak hüququ verilib -EKSKLÜZİV
- 20.06.2024 [12:22]