Ölkə enerji sistemində 1,7 milyard kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilmişdir
Bakı, 11 may (AZƏRTAC). “Azərenerji” ASC-dən AZƏRTAC-a bildirmişlər ki, apreldə ölkə enerji sistemində 1,7 milyard kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilmişdir. Göstərilən həcmdən istilik elektrik stansiyalarının (İES) payına 1,3 milyard kilovat-saatdan artıq, su elektrik stansiyalarının (SES) payına isə 0,4 milyard kilovat-saata yaxın elektrik enerjisi istehsalı düşmüşdür.
Ay ərzində Rusiya Federasiyası, İran, Türkiyə və Gürcüstan qonşu dövlətləri ilə elektrik enerjisi mübadiləsi davam etdirilmişdir.
Yanvar-aprel aylarında enerji sistemində elektrik enerjisinin istehsalı 7,3 milyard kilovat-saat olmuşdur. Bu həcmdən 6,5 milyard kilovat-saata yaxını İES-lərin, 0,8 milyard kilovat-saatdan artıq isə SES-lərin payına düşmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [12:32]
Fiziki şəxslərin banklardakı əmanətləri 16 faizədək artıb
- 09.09.2026 [12:24]
Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub
- 09.09.2026 [12:07]
İqtisadiyyata kredit qoyuluşları 13 faizədək artıb
- 09.09.2026 [11:59]
Azərbaycanın xarici dövlət borcu azalıb
- 09.09.2026 [11:57]
Azərbaycanın strateji valyuta ehtiyatları 16 faizədək artıb
- 09.09.2026 [11:55]