İQTİSADİYYAT
ÖLKƏMİZ BİR İL İKİ AY İDXALSIZ YAŞAYA BİLƏR
Maliyyə Nazirliyindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, oktyabrın 1-nə Azərbaycanın 1,5 milyard ABŞ dolları məbləğində maliyyə ehtiyatı vardır. Bunun 700 milyon dolları Milli Bankın, 800 milyon dolları isə Neft Fondunun ehtiyatıdır.
Beləliklə, ölkənin 9 aylıq ümumi idxalından 1,5 dəfə çox maliyyə ehtiyatımız vardır. Başqa sözlə, Azərbaycan idxalsız bir il iki ay yaşaya bilər. Xatırladaq ki, dünya standartına görə, həmin müddət üç aydır. Bu, bir daha sübut edir ki, respublikamızın iqtisadi siyasəti düzgün qurulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.04.2024 [18:31]
® "Nar"dan sərfəli smartfon təklifi
- 27.04.2024 [17:17]