Azərbaycan Dövlət İnformasiya Agentliyi

Olqa Qolodets: Bu, nadir ekspozisiyanın toplandığı möhtəşəm sərgidir VİDEO

Rusiyanın siyasi və ictimai xadimləri “Abşeron ulduzları. 1960-1980-ci illərin Azərbaycan rəssamları” sərgisini yüksək qiymətləndiriblər

Moskva, 15 noyabr, AZƏRTAC

AZƏRTAC-ın xəbər verdiyi kimi, Moskvada “Abşeron ulduzları. 1960-1980-ci illərin Azərbaycan rəssamları” sərgisi açılıb. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva açılış mərasimində iştirak edib.

Sərginin açılışında Rusiyanın tanınmış siyasi və ictimai xadimləri də iştirak edirdilər. Onlardan bəziləri AZƏRTAC-ın müxbirinə müsahibəsində sərgi barədə təəssüratlarını bölüşüb, Rusiya-Azərbaycan əlaqələri, mədəniyyət və incəsənət sahəsində münasibətlərin inkişafı barədə danışıblar.

RF Hökuməti sədrinin müavini Olqa Qolodets:

-Bu, möhtəşəm sərgidir. Heydər Əliyev Fondunun, Tretyakov Qalereyasının, Azərbaycan hökumətinin və RF Mədəniyyət Nazirliyinin səyləri sayəsində nadir ekspozisiya toplanıb. Bütün əsərləri xüsusi bir ab-hava - Abşeron məktəbinin ab-havası birləşdirir. Bu, xüsusi rənglər, xüsusi kolorit, bənzərsiz rəngkarlıqdır. Mənə belə gəlir ki, həmin rəsm əsərlərinə heç kəs laqeyd qalmayacaq. Bu gözəl sərgi sovet incəsənətinin yenidən dərk edilməsində böyük bir irəliləyişdir.

Mən yaxın vaxtlarda Bakıda oldum. Azərbaycan hökumətinin müasir memarlığa, mədəniyyətə, təhsil məsələlərinə diqqəti məni heyran etdi. Bu, ənənələrə əsaslanan qayğıkeş münasibətdir. Mən məktəbdə də, Xalça Muzeyində də oldum, həm tələbələrlə, həm də məktəblilərlə görüşdüm. Ölkələrimiz arasında mehriban qonşuluq ənənələri davam edir. Biz məktəblilərin mübadiləsi barədə razılığa gəldik və Azərbaycandan olan şagirdləri Sankt-Peterburqa Yeni il tətillərinə dəvət etdik. Ümidvaram ki, bu səfər uşaqların yadında qalacaq.

RF mədəniyyət naziri Vladimir Medinski:

-Tretyakov Qalereyası bizim qonşu dövlətlərin - keçmiş sovet respublikalarının incəsənətinə həsr edilmiş silsilə tədbirlər keçirilməsini planlaşdırır. Çox yaxşı haldır ki, bu silsilə məhz Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil edilmiş Azərbaycan rəssamlarının sərgisi ilə başlanır. Abşeron yarımadası xüsusi yaradıcılıq energetikasına malik bir məkandır. Mən orada dostlarımın qonağı olmuşam. Sərginin bütün qonaqlarına tövsiyə etmək istərdim ki, Abşeron mədəniyyəti ilə tanışlığa Tretyakov Qalereyasından başlasınlar, sonra isə günəşli Azərbaycana getsinlər. Bu gözəl sərginin təşkilinə görə Heydər Əliyev Fonduna, “Mərcani” Fonduna, Azərbaycan səfirliyinə və Tretyakov Qalereyasına təşəkkür edirəm.

Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, Dövlət Dumasının deputatı Dmitri Savelyev:

-İlk növbədə rəsm və heykəltəraşlıq sərgisinin əla təşkilinə görə Heydər Əliyev Fonduna və şəxsən Fondun prezidenti Mehriban Əliyevaya çox dərin təşəkkürümü bildirmək istəyirəm. Bu sərginin əhəmiyyətini lazımınca qiymətləndirmək çətindir. Moskvanın çoxsaylı sakinlərinin və qonaqlarının bu əsərlərə tamaşa etməyə, mənəvi zövq almağa gəldiklərini görürük. Moskvada, eləcə də Rusiyanın digər regionlarında, iri şəhərlərdə belə tədbirləri tez-tez təşkil etmək lazımdır ki, rusiyalılar Azərbaycan mədəniyyəti ilə tanış ola bilsinlər.

SSRİ Xalq Artisti Tamara Sinyavskaya:

-Mən vəcdə gəlmişəm, heyran olmuşam. Sərgi çox xoşuma gəlir. Bu sərgi insanı mənəvi cəhətdən zənginləşdirir.

Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodina:

-Moskvada Azərbaycan rəssamlarının yaradıcılığı ilə yaxşı tanışdırlar. 1960-1980-ci illər Azərbaycan mədəniyyətinin çiçəkləndiyi dövrdür. Lakin Azərbaycanın müasir mədəniyyəti və incəsənəti də çox cəlbedicidir. Heydər Əliyev Fondunun və Mehriban Əliyevanın fəaliyyəti bütün dünyada çox yüksək qiymətləndirilir və mən maraqla bu sərgiyə baxmağa gəlmişəm. Fikrimcə, bu, Azərbaycan ilə Rusiya arasında münasibətlərin inkişafına daha bir mühüm töhfədir.

TASS agentliyi baş direktorunun birinci müavini Mixail Qusman:

-Bu gün Moskvada böyük bir hadisə baş verir, incəsənət pərəstişkarları üçün bayramdır. Çünki Tretyakov Qalereyasında XX əsr Azərbaycan rəssamlarının sərgisi açılır. Heydər Əliyev Fondu tərəfindən təşkil edilmiş sərgidə bizim ən istedadlı fırça ustalarının işləri toplanıb. Burada Tahir Salahovun da, Toğrul Nərimanbəyovun da, Fərhad Xəlilovun da əsərləri var. Bizə, bakılılara yaxşı tanış olan bu əsərlər moskvalıların çoxu üçün ilk dəfə sərgilənir. XX əsrin Azərbaycan rəssamları Sovet İttifaqının və müasir Azərbaycanın sənət xəzinəsinə bənzərsiz töhfələr veriblər. Buna görə də sərgiyə maraq çox böyükdür.

RF Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy:

-XX əsrin ikinci yarısının Azərbaycan rəngkarlığı çox ciddi hadisədir. Aydındır ki, çoxları Tahir Salahovun adını çəkəcək, çünki o, Moskvada yaşayır. Lakin həmin dövrdə Azərbaycanda bir çox böyük sənətkarlar yaşayıb-yaradıblar. Sərginin tematik müxtəlifliyi heyrət doğurur. Burada həm müasir rəngkarlıq, həm sənaye peyzajı, həm heyrətamiz portretlər, həm də tarixi boyakarlıq nümunələri var. Çox əhəmiyyətlidir ki, Heydər Əliyev Fondu Azərbaycan incəsənətini xaricdə təbliğ edir. Çünki Azərbaycan - təkcə muğam deyil, təkcə xalçaçılıq deyil, eyni zamanda, heyrətamiz dərəcədə müasir və duyumlu, ənənələrlə əlaqəni üzməyən rəssamlar deməkdir. Zənnimcə, belə tədbirlər Paris və Nyu-York tamaşaçıları kimi, Moskva tamaşaçıları üçün də Azərbaycan mədəniyyətinin müxtəlifliyini üzə çıxarır. Mən Heydər Əliyev Fondunun və bu Fondun rəhbəri, xanım Mehriban Əliyevanın fəaliyyətini yüksək qiymətləndirirəm. Çünki bu gün sənin ölkənin, sənin xalqının necə yaşaması barədə dünyaya söhbət açmaq son dərəcə vacibdir. Belə tədbirlər müasir Azərbaycanın necə yaşadığını sözün həqiqi mənasında dünyaya bəyan edir.

MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun icraçı direktoru Anatoli İksanov:

-Çox şadam ki, bu gün moskvalılar Azərbaycanın - bizim həmişə sevdiyimiz və qiymətləndirdiyimiz ölkənin rəssamlarının yaradıcılığı ilə tanış ola biləcəklər. Bizim kinematoqrafçılar, artistlər, şairlər arasında dostluq və peşəkar əlaqələr var. Mənə xüsusilə xoş gələn odur ki, Böyük Teatrın səhnəsində Azərbaycan müğənnilərinin səsləri eşidilir. Çingiz Abdullayev Rusiyada ən çox hörmət bəslənən və ən çox oxunan yazıçılardan biridir. Bugünkü sərgi bir daha sübut edir ki, bizim əlaqələrimiz kəsilmir, yalnız möhkəmlənir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva 

 

Olqa Qolodets: Bu, nadir ekspozisiyanın toplandığı möhtəşəm sərgidir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb