Ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələri baş vermişdir
Bakı, 18 noyabr (AZƏRTAC). Qəbələ rayonunda Elxan Atakişiyevin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir.
Hadisəni törətmiş “VAZ-21011” markalı avtomobilin sürücüsü - rayonun Bum qəsəbəsi sakini Sərxan Hacıyev rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdır.
Biləcəri dəmir yolu stansiyasında Bakı-Böyük Kəsik sərnişin qatarı ilə 45-50 yaşlı kişi vurulmuşdur. Həmin kişi hadisə yerində keçinmişdir.
Nəqliyyatda Baş Polis İdarəsi tərəfindən aparılmış araşdırma nəticəsində həmin şəxsin Ordubad rayon sakini Oqtay Muradov olması müəyyən edilmişdir.
Hacıqabul rayonunun Udulu kəndi sakini Vüsal İbrahimov idarə etdiyi “VAZ-2106” markalı avtomobili dərəyə aşırmışdır.
V.İbrahimovun avtomaşınındakı sərnişinləri - kənd sakinləri İsmayıl Gülmalıyev və Oqtay Məlikov hadisə yerində ölmüşlər. Sürücü isə xəstəxanaya yerləşdirilmişdir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]
DİN: Yeddi evdən 5800 manat dəyərində avadanlıq oğurlayan şəxs tutulub
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]