Omanda Azərbaycanın Zəfər Günü ilə bağlı tədbir keçirilib
Bakı, 6 noyabr, AZƏRTAC
Omanda yaşayan həmvətənlərimiz 8 Noyabr - Zəfər Günü münasibətilə paytaxt Muskat şəhərində bir araya gəliblər.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, ərəb ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının Oman Sultanlığı üzrə əlaqələndiricisi, Muskat Musiqi və İncəsənət Akademiyasının direktoru Səidə Xəlilovanın təşəbbüsü ilə müxtəlif sahələrdə çalışan azərbaycanlıların iştirak etdiyi görüşdə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi yad edilib.
Azərbaycan xalqının çoxəsrlik tarixində Zəfər Gününün xüsusi əhəmiyyət kəsb etdiyi, 44 günlük Vətən müharibəsinin xalqımızın birliyini, dünya azərbaycanlılarının həmrəyliyini daha da möhkəmləndirdiyi bildirilib. Qeyd edilib ki, harada yaşamasından asılı olmayaraq, dünya azərbaycanlıları Vətən müharibəsi dövründə olduğu kimi, bundan sonra da eyni amal və məqsəd uğrunda həmişə dəmir yumruq kimi sıx birləşməlidirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 15.06.2026 [10:22]
Sumqayıtda yanğın hadisəsi baş verib VİDEO
- 15.06.2026 [08:30]
Böyük Qayıdışdan Qurtuluşa aparan yol
- 14.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 14.06.2026 [19:28]
Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib
- 14.06.2026 [19:10]
FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb
- 14.06.2026 [18:32]
Şəhid mayor Elnur Hacıyevin xatirəsi anılıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]