OMBUDSMAN APARATININ ƏMƏKDAŞI BEYNƏLXALQ HÜQUQ ASSOSİASİYASININ İLLİK KONFRANSINDA İŞTİRAK ETMİŞDİR
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının sektor müdiri Zaur Əliyev Moskvada Rusiya Beynəlxalq Hüquq Assosiasiyasının illik beynəlxalq konfransında assosiasiyanın üzvü kimi iştirak etmişdir.
Ombudsman Aparatından AZƏRTAC-a bildirmişlər ki, konfrans Dünya İnsan Hüquqları Bəyannaməsinin 60 illiyinə həsr olunmuşdur. Tədbirdə müxtəlif ölkələrdən nümayəndələr, həmçinin, Rusiyanın nüfuzlu ali təhsil müəssisələrinin, dövlət qurumlarının nümayəndələri iştirak etmişlər.
Z.Əliyev “Dünya İnsan Hüquqları Bəyannaməsi və Azəbaycanda ombudsman institutunun inkişafı” mövzusunda məruzə etmiş, həmçinin Azərbaycanda insan hüquqlarının müdafiəsi istiqamətində görülən işlər barədə məlumat vermişdir.
Ombudsman Aparatının əməkdaşı Rusiya Beynəlxalq Hüquq Assosiasiyasının işində səmərəli fəaliyyətinə görə fəxri fərmanla təltif edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]