OMBUDSMAN HƏRBİÇİLƏRLƏ GÖRÜŞMÜŞDÜR
Ombudsman Aparatından AZƏRTAC-a bildirmişlər ki, insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova Azərbaycan Respublikasi Silahlı Qüvvələrinin yaradılmasının 90 illiyi ərəfəsində Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin N saylı hərbi hissəsində olmuşdur.
Hərbçilərlə görüşdə müvəkkil bu il iyunun 26-da Milli Ordumuzun yaradılmasının 90 illiyinin təntənəli qeyd ediləcəyini bildirmiş, Azərbaycan Silahlı Qüvvələrinin ümummilli lider Heydər Əliyevin ordu quruculuğunda apardığı əsaslı islahatlar nəticəsində müasir standartlara cavab verən orduya çevrildiyini vurğulamış, hazırda ordu quruculuğu sahəsində bu siyasətin Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırmışdır.
Görüşdə, həmçinin Ombudsman təsisatında hərbi qulluqçuların hüquqlarının müdafiəsi üzrə sektorun fəaliyyəti, onların hüquqlarının təmin olunması istiqamətində görülmüş işlər barədə məlumat verilmiş, hərbi qulluqçuları maraqlandıran məsələlər müzakirə olunmuşdur.
Müvəkkil hərbi hissənin ərazisinə baxış keçirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:33]
XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb
- 08.06.2026 [23:27]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
Yoldaşlıq oyunu: Azərbaycan millisi San-Marinoya qalib gəlib
- 09.06.2026 [23:56]
Tural Möyüfov: “HÜDUD” reallıqla abstraksiya arasındakı keçidin axtarışıdır
- 09.06.2026 [23:49]
Dioqo Balau “Turan Tovuz”a keçib
- 09.06.2026 [23:30]
Seçmə mərhələ: Azərbaycan millisi Şimali Makedoniyanı məğlub edib
- 09.06.2026 [23:28]
“Zirə” Anatoli Nuriyev ilə vidalaşıb
- 09.06.2026 [23:26]
Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib
- 09.06.2026 [22:22]