On ay üzrə istilik haqlarının ödəniş səviyyəsi 91,3 faiz olub
Bakı, 15 noyabr, AZƏRTAC
Cari ilin 10 ayı üzrə istilik haqlarının ödəniş səviyyəsi 91,3 faiz təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Azəristiliktəchizat” ASC-nin sədri vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev payız-qış mövsümünün başlanması ilə əlaqədar keçirilən brifinqdə deyib.
İlham Mirzəliyev bildirib ki, ASC-nin xidmət zonasına 3 istehlakçı qrupu daxildir: “Qurum əhali istehlakçıları üzrə 3871 binaya, 184 minə yaxın mənzilə, büdcədən maliyyələşən təşkilatlar üzrə 287 məktəbə, 162 uşaq bağçasına, 152 səhiyyə obyektinə, 163 digər təşkilatlara, 2081 ədəd isə təsərrüfat hesablı və kommersiya obyektlərinə xidmət göstərir”.
O əlavə edib ki, əhali istehlakçı qrupu üzrə ödəniş səviyyəsi 90,8 faiz olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [18:56]
Azərbaycanın ticarət dövriyyəsinin həcmi açıqlanıb
- 10.08.2026 [18:43]
Yeddi ayda dövlət büdcəsinin gəlirləri 23,6 milyard manata çatıb
- 10.08.2026 [17:53]
Yeddi ayda sahibkarlara 1191 lisenziya verilib
- 10.08.2026 [17:45]
Azərbaycanda daha bir aqropark yaradılıb
- 10.08.2026 [17:30]
İqtisadiyyata kredit qoyuluşları 12 faizdən çox artıb
- 10.08.2026 [17:24]