OQTAY MİRQASIMOV “LİSTOPAD” FESTİVALININ MÜKAFATINA LAYİQ GÖRÜLMÜŞDÜR
O.Mirqasımova iki mükafat – “Cadugər” bədii filminin “Ən yaxşı rejissor işinə görə” kinematoqrafçıların münsiflər heyətinin prizi və “Mir” Teleradio Şirkətinin xüsusi prizi verilmişdir.
Festivalda MDB ölkələri, habelə Serbiya, Fransa və Polşa rejissorlarının bədii və sənədli filmləri nümayiş etdirilmişdir.
Digər mükafatlar arasında Belarus Prezidentinin təsis etdiyi “Kino sənətində mənəvi ənənələrin qorunub saxlanmasına və inkişafına görə”, habelə kino mətbuatının münsiflər heyəti tərəfindən müəyyənləşdirilən “Ən yaxşı kişi roluna görə”, “Ən yaxşı qadın roluna görə” və başqa prizlər də olmuşdur.
Festivalda rejissorlar Yuri Yelxovun (Belarus) “Anastasiya Slutskaya”, Vitali Melnikovun (Rusiya) “Zavallı, zavallı Pavel”, Andrey Zvyagintsevin (Rusiya) “Qayıdış”, Jül Lopez-Kürvalın (Fransa) “Dəniz sahili” filmləri və digər tanınmış rejissorların lentləri də göstərilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:50]
Azərbaycan-Rumıniya mədəni əməkdaşlığının inkişafı müzakirə olunub
- 11.06.2026 [12:23]
Azərbaycanın da təmsil olunduğu İstanbul Opera və Balet Festivalı başa çatıb
- 11.06.2026 [12:20]
Keçmişin izi ilə: Şəmkirin “balaca Almaniya”sına səyahət VİDEO
- 11.06.2026 [11:14]