CƏMİYYƏT
Ötən ay 15 aptekdə yoxlama aparılıb
![Ötən ay 15 aptekdə yoxlama aparılıb](/files/2024/3/1200x630/1733145140241313104_1200x630.jpg)
Bakı, 2 dekabr, AZƏRTAC
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi qanunvericiliyə uyğun olaraq əczaçılıq müəssisələrində yoxlamalar aparır.
Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, noyabr ayı ərzində Bakı şəhəri üzrə 4, respublikanın digər şəhər və rayonlarında isə 11 aptek olmaqla ümumilikdə 15 aptekdə yoxlama aparılıb.
Aparılan yoxlamalar nəticəsində 3 aptekdə nöqsanlar aşkarlanıb və İnzibati Xətalar Məcəlləsinin 210.1, 221.1 və 452.3 maddəsi üzrə protokollar tərtib edilib.