Ötən il Azərbaycanda “ApplePay” və “GooglePay” vasitəsilə 2,7 milyard manatlıq ödəniş edilib
Bakı, 28 fevral, AZƏRTAC
2023-cü il ərzində istifadəçilər tərəfindən tokenizasiya həllərindən istifadə 2022-ci illə müqayisədə 3,5 dəfə artıb.
AZƏRTAC Mərkəzi Bankın illik “Rəqəmsal Ödənişlər İcmalı”na istinadla bildirir ki, POS-terminallar vasitəsilə həyata keçirilən hər 4 nağdsız ödənişdən 1-i məhz “ApplePay” və ya “GooglePay” həlli vasitəsilə icra olunub.
Hesabat dövründə istifadəçilər tərəfindən “ApplePay” həlli vasitəsilə ümumi həcmi 1,9 milyard manat ekvivalentində olan 67,5 milyon ödəniş, “GooglePay” həlli vasitəsilə isə ümumi həcmi 813,2 milyon manat ekvivalentində 39,6 milyon ödəniş həyata keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]