İQTİSADİYYAT
Ötən il Azərbaycanın qeyri-neft ixracı 3,3 milyard dolları ötüb
![Ötən il Azərbaycanın qeyri-neft ixracı 3,3 milyard dolları ötüb](/files/2024/1/1200x630/1704886420127758459_1200x630.jpg)
Bakı, 10 yanvar, AZƏRTAC
Ötən ilin yanvar-dekabr aylarında Azərbaycanın qeyri-neft ixracının dəyərində tarixi maksimum qeydə alınıb. Belə ki, 2023-cü ildə Azərbaycandan 3,348 milyard dollar dəyərində qeyri-neft məhsulları ixrac olunub. Bu 2022-ci illə müqayisədə 9,8 faiz çoxdur.
AZƏRTAC İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə - AZPROMO-ya istinadən xəbər verir ki, təkcə ötən ilin dekabr ayında ixrac olunan qeyri-neft məhsullarının dəyəri 314,2 milyon dollardan çox təşkil edib ki, bu da illik ifadədə 3,8 faizlik artım deməkdir. Ötən ilin IV rübündə isə ölkədən 914,2 milyon dollara yaxın qeyri-neft məhsulları ixrac olunub ki, bu da əvvəlki ilin analoji rübü ilə müqayisədə 7,9 faiz çoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.07.2024 [20:58]
Bolqarıstanla iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub
- 01.07.2024 [18:45]
Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlığın inkişafı müzakirə olunub
- 01.07.2024 [18:14]
AZAL Füzuliyə təyyarə biletlərinin satışına başlayıb
- 01.07.2024 [17:52]