ÖTƏN İL GÖYÇAYDA YÜKSƏK MƏHSULDARLIĞA NAİL OLUNMUŞDUR
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlər Göyçay rayonunda kənd təsərrüfatının ayrı-ayrı sahələri üzrə dinamik inkişafı təmin etmişdir. Bu, 2007-ci ilin yekununda aydın ifadəsini tapmışdır.
Rayon statistika idarəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, ötən il 43.423 ton taxıl, 204 ton dən qarğıdalı, 47 ton pambıq, 398 ton şəkər çuğunduru, 1.248 ton kartof, 25.843 ton tərəvəz, 1.363 ton bostan məhsulları, 43.669 ton meyvə, 491 ton üzüm yığılmışdır. Əvvəlki illə müqayisədə 2007-ci ildə bostan məhsullarının istehsalında 27,4 faiz, üzümün istehsalında isə 41,1 faiz artım müşahidə olunmuşdur. Digər məhsulların istehsalı isə təxminən 2-3 faiz artmışdır. Həmçinin, hesabat dövründə 7 min 26 ton diri çəkidə ət, 23 min 180 litr süd, 10 milyon 520 min yumurta, 77,8 ton yun istehsal edilmişdir. Hazırda rayonda 46 min 230 baş mal-qara, o cümlədən 61 min 213 baş qoyun və keçi, 235 min 81 baş quş bəslənilir. Heyvandarlıq və quşçuluq məhsullarının istehsalında da 2006-cı illə müqayisədə 2,5-3 faiz artım qeydə alınmışdır.
Bundan əlavə, 2008-ci ilin məhsulu üçün 16 min 885 hektar sahədə şum qaldırılmış, 16 min 448 hektar sahəyə taxıl səpilmişdir. Şum qaldırılan 437 hektar sahədə isə digər yazlıq bitkilər əkiləcəkdir. Taxıl sahəsinin 10 min 210 hektarını buğda, 6238 hektarını isə arpa təşkil edir. Ümumilikdə taxıl sahələri 224 hektar artmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]