Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ötən il icmal büdcənin profisiti 5 milyard manatı ötüb

Ötən il icmal büdcənin profisiti 5 milyard manatı ötüb

Bakı, 28 yanvar, AZƏRTAC

2024-cü ildə dövlət büdcəsinin gəlirləri 37 milyard 164,2 milyon manat, xərcləri 37 milyard 719,7 milyon manat olub, 555,5 milyon manat məbləğində dövlət büdcəsinin kəsiri (defisit) yaranıb.

2024-cü ildə dövlət büdcəsinin gəlirləri 36 milyard 388 milyon manat proqnoza qarşı 37 milyard 164,2 milyon manat təşkil edib ki, bu da proqnozla müqayisədə 776,2 milyon manat və ya 2,1 faiz, 2023-cü illə müqayisədə isə 5,5 faiz və ya 1927,8 milyon manat çoxdur.

Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri proqnoza nisbətən 3,3 faiz çox icra edilməklə 24 milyard 383,2 milyon manat təşkil edib.

2024-cü ilin dövlət büdcəsinin gəlirlərinin 15 milyard 808 milyon manatı və ya 42,5 faizi vergi və rüsumlar üzrə daxilolmalarının, 12 milyard 781 milyon manatı və ya 34,4 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 6 milyard 648,7 milyon manatı və ya 17,9 faizi gömrük rüsumları və idxala görə vergi daxilolmalarının, 547,9 milyon manatı və ya 1,5 faizi büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmaların, 250 milyon manatı və ya 0,7 faizi Mərkəzi Bankın reallaşdırılmış mənfəətinin sərbəst qalığından daxilolmaların, 37,6 milyon manatı və ya 0,1 faizi dövlət əmlakının icarəyə verilməsindən daxilolmaların, 1021,1 milyon manatı və ya 2,7 faizi sair daxilolmaların, 69,9 milyon manatı və ya 0,2 faizi məqsədli büdcə fondları (Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan məqsədli büdcə fondları və Nəqliyyat vasitələrinin utilizasiya fondu) üzrə daxilolmaların payına düşür.

2024-cü ildə dövlət büdcəsinin gəlirləri üzrə təsdiq edilmiş proqnozdan vergi və rüsumlar üzrə daxilolmalar 538 milyon manat və ya 3,5 faiz, gömrük rüsumları və idxala görə vergi daxilolmaları 213,7 milyon manat və ya 3,3 faiz, dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar 9,6 milyon manat və ya 34,3 faiz, məqsədli büdcə fondları (Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan məqsədli büdcə fondları və Nəqliyyat vasitələrinin utilizasiya fondu) üzrə daxilolmalar 33,6 milyon manat və ya 1,9 dəfə, sair gəlirlər üzrə daxilolmalar isə 264,4 milyon manat və ya 34,9 faiz çox, büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar 283,1 milyon manat və ya 34,1 faiz az təmin edilib.

2024-cü il dövlət büdcəsinin gəlirlərində qeyri-neft-qaz sektoru üzrə daxilolmaların 57,5 faizini və ya 11 milyard 027,5 milyon manatını vergi və rüsumlar üzrə daxilolmalar, 34,6 faizini və ya 6 milyard 648,7 milyon manatını gömrük rüsumları və idxala görə vergi daxilolmaları, 2,9 faizini və ya 547,9 milyon manatını büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, 1,3 faizini və ya 250 milyon manatını Mərkəzi Bankın mənfəətindən daxilolmalar, 0,2 faizini və ya 37,6 milyon manatını dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar, 0,4 faizini və ya 69,9 milyon manatını məqsədli büdcə fondları (Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan məqsədli büdcə fondları və Nəqliyyat vasitələrinin utilizasiya fondu) üzrə daxilolmalar, 3,1 faizini və ya 613 milyon manatını sair daxilolmalar təşkil edir.

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 17 milyard 969,6 milyon manat təşkil edib ki, bu da proqnozla müqayisədə 200,6 milyon manat və ya 1,1 faiz çoxdur.

2024-cü ilin dövlət büdcəsinin gəlirlərində neft-qaz sektoru üzrə daxilolmaların 26,6 faizi və ya 4 milyard 780,5 milyon manatı vergi orqanlarının xətti ilə daxilolmalar, 2,3 faizi və ya 408 milyon manatı sair daxilolmalar, 71,1 faizi və ya 12 milyard 781 milyon manatı Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert təşkil edir.

Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə mədaxil olunmuş neft-qaz gəlirlərinin 49 faizi və 2 milyard 341 milyon manatı “Şahdəniz” yatağı üzrə mənfəət vergisi, 37,1 faizi və ya 1 milyard 774,5 milyon manatı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ödədiyi müvafiq vergilər, 13,9 faizi və ya 665 milyon manatı “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə mənfəət vergisi təşkil edir.

2024-cü il ərzində dövlət büdcəsinin vəsaiti hesabına əsas dövlət vəzifələrinin yerinə yetirilməsi üçün maliyyələşmələr, o cümlədən əməkhaqları, müavinətlər, pensiyalar, dövlət borcu üzrə öhdəliklərin və digər zəruri xərclərin maliyyələşdirilməsi büdcə və büdcədən maliyyə yardımı və ya digər qaydada vəsait alan təşkilatların dövlət xəzinədarlıq orqanlarına təqdim etdikləri xərc sifarişləri əsasında tam və vaxtında təmin edilib.

2024-cü ildə dövlət büdcəsinin xərcləri 37 milyard 719,7 milyon manat və ya təsdiq olunmuş proqnoza qarşı 2 milyard 022,6 milyon manat (5,1 faiz) az icra edilib. Hesabat ilində icrası təmin edilmiş xərclər 2024-cü ilin dövlət büdcəsi xərclərinin 94,9 faizini təşkil edir.

2024-cü il dövlət büdcəsi xərclərinin 21 milyard 800,3 milyon manatı və ya 57,8 faizi cari xərclərə (2023-cü illə müqayisədə 1 milyard 532,2 milyon manat və ya 7,6 faiz çox), 14 milyard 623,8 milyon manatı və ya 38,8 faizi əsaslı xərclərə (2023-cü illə müqayisədə 383,5 milyon manat və ya 2,6 faiz az), 1 milyard 295,6 milyon manatı və ya 3,4 faizi dövlət borcuna xidmətlə bağlı xərclərə (2023-cü illə müqayisədə 113,1 milyon manat və ya 9,6 faiz çox) yönəldilib.

2024-cü il üzrə funksional təsnifata müvafiq olaraq iqtisadi fəaliyyət xərcləri 98 faiz və ya 9 milyard 701,2 milyon manat, səhiyyə xərcləri 97,9 faiz və ya 1827,5 milyon manat, təhsil xərcləri 96,5 faiz və ya 4 milyard 390,1 milyon manat, ətraf mühitin mühafizəsi xərcləri 96 faiz və ya 361,9 milyon manat, mənzil və kommunal təsərrüfatı xərcləri 95,9 faiz və ya 319,5 milyon manat, müdafiə və milli təhlükəsizlik xərcləri 94,9 faiz və ya 6 milyard 563,6 milyon manat, sosial müdafiə və sosial təminat xərcləri 94,7 faiz və ya 4 milyard 151,3 milyon manat, məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq bölməsi üzrə xərcləri 92,8 faiz və ya 2 milyard 809,8 milyon manat, kənd təsərrüfatı xərcləri 91,6 faiz və ya 1 milyard 102,1 milyon manat, ümumi dövlət xidmətləri xərcləri 90,9 faiz və ya 4 milyard 115,2 milyon manat, əsas bölmələrə aid edilməyən xidmətlər bölməsi üzrə xərcləri 90,5 faiz və ya 1 milyard 880,4 milyon manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri 86,4 faiz və ya 497,1 milyon manat təşkil edib.

2024-cü ildə sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə dövlət xəzinədarlıq orqanlarına təqdim edilmiş xərc sifarişlərinin maliyyələşdirilməsi ilə dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə nəzərdə tutulmuş 4 milyard 855,8 milyon manat vəsaitin 99,4 faizi və ya 4 milyard 828,5 milyon manatı sifarişçi təşkilatlar tərəfindən, dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan vəsaitin isə 98,5 faizi və ya 2 milyard 771,1 milyon manatı istifadə olunub.

2024-cü ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılmış 245,2 milyon manat vəsaitin 244,9 milyon manatının müvafiq qurumlar tərəfindən sifariş sənədləri təqdim edilməklə maliyyələşməsi həyata keçirilib. Açılmış maliyyələşmənin 99,9 faizi müvafiq qurumlar tərəfindən icra edilmiş, o cümlədən Bakı və Sumqayıt şəhərlərinin ərazisində avtomobil yollarının əsaslı təmirinə, Qarabağ Universitetinin fəaliyyətinin təşkilinə maliyyə dəstəyinin göstərilməsinə, Xankəndi şəhərində abadlıq və bərpa-quruculuq işlərinin davam etdirilməsinə, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətinin artırılması məqsədilə limanın genişləndirilməsinə, dini qurumlara maliyyə yardımının göstərilməsinə, Bakı şəhərində “Dini Liderlərin Qlobal Sammiti”nin təşkilinə və digər tədbirlərin icrasına sərf olunub.

2024-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamlarına əsasən dövlət büdcəsinin ehtiyat fondundan 471,6 milyon manat vəsait ayrılıb, həmin vəsaitin 470,4 milyon manatının müvafiq qurumlar tərəfindən sifariş sənədləri təqdim edilməklə maliyyələşməsi həyata keçirilib. Açılmış maliyyələşmənin 99,7 faizi müvafiq qurumlar tərəfindən icra edilib, o cümlədən respublikanın bir sıra şəhər və rayonlarında avtomobil yollarının əsaslı təmiri və yenidənqurulması işlərinin həyata keçirilməsinə, hesabat ilinin noyabr ayında Azərbaycanda keçirilmiş BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı hazırlıq tədbirləri çərçivəsində Bakı şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsinə, 2025-ci ilin 13 aprel-13 oktyabr tarixlərində Yaponiyanın Osaka şəhərində keçiriləcək “Osaka, Kansai Ekspo 2025” Ümumdünya Sərgisində Azərbaycan Respublikasının təmsil olunması ilə bağlı milli pavilyonun qurulması tədbirlərinə, Bərdə, Goranboy və Masallı şəhərlərində yaşayış binalarının tikintisinə, Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı zərər vurulmuş obyektlərin bərpası və təmir-tikinti işlərinin yekunlaşdırılmasına, tibbi avadanlıq və xüsusi təyinatlı nəqliyyat vasitələrinin alınmasına, mühüm strateji obyektlərin etibarlı elektrik enerjisi ilə təmin olunmasına və digər tədbirlərin icrasına yönəldilib.

2025-ci il 1 yanvar tarixinə dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı 1 milyard 295,6 milyon manat məbləğində xərclər nəzərdə tutulub. 2024-cü il ərzində qeyd olunan xərclərdən daxili dövlət borcu üzrə 170,3 milyon manatın (faiz borcu üzrə), xarici dövlət borcu üzrə isə 1 milyard 125,2 milyon manatın (əsas borc üzrə 850 milyon manat, faiz borcu üzrə 275,2 milyon manat), cəmi 1 milyard 295,5 milyon manatın ödənilməsi təmin edilib. 2024-cü ilin dövlət büdcəsində nəzərdə tutulan dövlət borcuna xidmətlə əlaqədar xərclərin il ərzində qənaət olunmuş 0,1 milyon manat (bank xərci) məbləğində hissəsi isə “Dövlət borcu haqqında” Azərbaycan Respublikası Qanunun 13.2.4-cü maddəsinə uyğun olaraq “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu”na köçürülüb.

Xarici borclanma hesabına icrası davam etdirilən layihələr çərçivəsində vəsaitin istifadəsi üzrə təqdim edilmiş operativ məlumatlar və xarici dövlət borcu üzrə əsas borc ödənişləri nəzərə alınmaqla, 2025-ci il 1 yanvar tarixinə xarici dövlət borcunun səviyyəsi 5 milyard 160 milyon dollar və ya 2024-cü il üzrə ÜDM-in 6,9 faizini təşkil edir.

Dövlət qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi və “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”sına uyğun olaraq xarici borcun daxili borcla əvəzlənməsi istiqamətində məqsədyönlü daxili borclanma siyasətinin həyata keçirilməsi nəticəsində daxili dövlət borcunun səviyyəsi operativ məlumatlara əsasən 2025-ci il 1 yanvar tarixinə 18 milyard 659,7 milyon manat təşkil edib.

2024-cü ildə icmal büdcənin gəlirləri 47 milyard 947 milyon manat, xərcləri isə 42 milyard 866,2 milyon manat icra olunub. İcmal büdcədə 5 milyard 080,8 milyon manat büdcə artıqlığı (profisit) yaranıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam