İQTİSADİYYAT
Ötən il qeyri-neft-qaz məhsullarının ixracı 3,3 milyard dolları ötüb
![Ötən il qeyri-neft-qaz məhsullarının ixracı 3,3 milyard dolları ötüb](/files/2024/2/1200x630/17164496281852439109_1200x630.jpg)
Bakı, 23 may, AZƏRTAC
2023-cü ildə qeyri-neft-qaz məhsullarının ixracı əvvəlki illə müqayisədə faktiki qiymətlərlə 9,8 faiz, real ifadədə 3,9 faiz artaraq 3 milyard 348 milyon ABŞ dollarına bərabər olub.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası” haqqında hesabatda qeyd olunub.
Bildirilib ki, 2023-cü ilin sonuna olan məlumata əsasən, profisitli tədiyyə balansı şəraitində ölkənin məcmu valyuta ehtiyatları ötən illə müqayisədə 17,1 faiz artaraq 68,5 milyard dolları ötüb. Bu göstərici ümumi daxili məhsulun 94,7 faizinə bərabər olmaqla, xarici dövlət borcunu təqribən 10,6 dəfə üstələyib, 34 aylıq mal və xidmət idxalına (2023-cü ilin 9 ayı üzrə mal və xidmət idxalı götürülməklə) kifayət edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.06.2024 [16:04]
Mərkəzi Bank Dünya Bankı ilə Ölkə Tərəfdaşlıq Çərçivəsini müzakirə edib
- 24.06.2024 [16:00]
Baş nazirin müavini: Qazaxıstan Orta Dəhlizin inkişafına töhfə verir
- 24.06.2024 [11:28]
Bakının əsas küçələrindən birində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılır
- 24.06.2024 [11:22]
Bakıda “5-ci yerli şirkətlərin tanıtım sərgisi” keçirilir
- 24.06.2024 [10:27]