Ötən il turizm müəssisələrinin vasitəsilə ölkəmizə gələn əcnəbi turistlərin sayı artmışdır
Bakı, 12 may (AZƏRTAC). Ötən il ölkəmizdə fəaliyyət göstərmiş turizm müəssisələrinin sayı 2009-cu illə müqayisədə artaraq 126-ya çatmış, onların gəlirləri 6,9 faiz artaraq 19,1 milyon manat təşkil etmişdir.
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, bu dövrdə əhaliyə satılmış turizm yollayış blanklarının dəyəri 25,8 milyon manat olmuşdur. Ölkədən kənarda səyahət etmək üçün Azərbaycan vətəndaşlarına satılmış yollayış blanklarının dəyəri 19,8 milyon manat, Azərbaycan ərazisində səyahət etmək üçün xarici ölkə vətəndaşlarına satılmış yollayış blanklarının dəyəri 4,3 milyon manat, ölkə ərazisində səyahət etmək üçün Azərbaycan vətəndaşlarına satılmış yollayış blanklarının dəyəri isə 1,7 milyon manat təşkil etmişdir. Xidmət göstərilmiş turistlərin sayı əvvəlki illə müqayisədə 10,2 min nəfər artaraq 69,9 min nəfər, tur-günlərin sayı 458,6 min olmuşdur.
Turizm müəssisələrinin vasitəsilə ölkəmizə gələn əcnəbi turistlərin sayı 1,5 faiz artaraq 12,1 min nəfər olmuşdur. Xarici ölkələrə göndərilən Azərbaycan vətəndaşlarının sayı 27,6 faiz artaraq 44,7 min, ölkə daxilində səyahət etmək üçün göndərilmiş Azərbaycan vətəndaşlarının sayı isə 3,0 faiz artaraq 13,1 min nəfər olmuşdur.
Bu müəssisələrdə çalışan işçilərin sayı əvvəlki illə müqayisədə 1,8 faiz artaraq 1418-ə çatmışdır. İşçilərin orta aylıq əmək haqqının məbləği 24 manat artaraq 326 manat təşkil etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [12:32]
Fiziki şəxslərin banklardakı əmanətləri 16 faizədək artıb
- 09.09.2026 [12:24]
Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub
- 09.09.2026 [12:07]
İqtisadiyyata kredit qoyuluşları 13 faizədək artıb
- 09.09.2026 [11:59]
Azərbaycanın xarici dövlət borcu azalıb
- 09.09.2026 [11:57]
Azərbaycanın strateji valyuta ehtiyatları 16 faizədək artıb
- 09.09.2026 [11:55]