Özbəkistan və Çin ticarət dövriyyəsini ildə 10 milyard dollara çatdırmağı nəzərdən keçirir
Daşkənd, 26 aprel, АZƏRTAC
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Çin Xalq Respublikasında keçirilən 2-ci “Bir kəmər, bir yol” beynəlxalq forumunda iştirak etmək üçün bu ölkədə işgüzar səfərdədir.
AZƏRTAC Özbəkistan Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, səfər çərçivəsində Çin Xalq Respublikasının Sədri Si Cinpin Prezident Şavkat Mirziyoyevlə görüşüb.
Görüşdə ticarət-iqtisadi, energetika, nəqliyyat-kommunikasiya, sənaye, maliyyə, kənd təsərrüfatı, beynəlxalq avtomobil və dəmir yolu xətlərinin çəkilişi, elm, mədəni-humanitar və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi, həmçinin Mərkəzi Asiya regionunda, o cümlədən Əfqanıstanda sülhün və sabitliyin qorunması, Özbəkistanda Çin Mədəniyyət Mərkəzinin yaradılması məsələləri müzakirə olunub.
Görüşdə qeyd edilib ki, ötən ilin ölkələr arasında ticarət dövriyyəsi 6,4 milyard dollar olub. Yaxın illərdə bu rəqəmin 10 milyard dollara çatdırılması imkanları nəzərdən keçirilib. Bildirilib ki, Çinin Özbəkistana qoyduğu sərmayə və ayırdığı kredit xətti 8 milyard dollardan artıq olub.
Şavkat Mirziyoyev Si Cinpini Özbəkistana səfərə dəvət edib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]
Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR
- 13.06.2026 [13:37]
Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub
- 13.06.2026 [13:21]