Özbəkistan və Qətər liderləri strateji tərəfdaşlığı, qlobal və regional məsələləri müzakirə ediblər
Bakı, 26 oktyabr, AZƏRTAC
Oktyabrın 26-da Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Daşkənddə işgüzar səfərdə olan Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşüb.
AZƏRTAC UZA agentliyinə istinadla xəbər verir ki, görüş əsnasında fəal yüksəksəviyyəli təmaslar və sistemli iş sayəsində Özbəkistan ilə Qətər arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi məmnunluqla qeyd edilib.
Qeyd olunub ki, iki ölkə arasında yaxın münasibətlər dostluq və əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verir.
Liderlər ən yüksək səviyyədə əldə edilən razılaşmaların icrası nəzərdən keçiriblər. İqtisadi-ticari, investisiya, sosial və humanitar sahələrdə layihələrin daha da genişləndirilməsi barədə razılığa gəlinib.
Dövlət başçıları, həmçinin qlobal və regional gündəmdəki aktual məsələlər barədə fikir mübadiləsi aparıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.10.2026 [13:13]
Birləşmiş Ştatların gündəlik neft hasilatı 14 milyon barelə çatır
- 29.10.2026 [13:12]
ABŞ-nin neft ehtiyatları azalır
- 29.10.2026 [12:57]
“Meksikalaşma” ifadəsi Meksika ilə Fransa arasında mübahisə doğurub
- 29.10.2026 [12:24]
Emmanuel Makron yeni etiraz aksiyaları ərəfəsində müdafiə şurasını toplayıb
- 29.10.2026 [11:34]
Plutonun ətrafında fırlanan yeni cırtdan planet kəşf edilib
- 29.10.2026 [11:10]
Pakistanda ambulansın partlaması nəticəsində 9 nəfər ölüb
- 29.10.2026 [10:56]