Özəlləşdirmə hərracına daha 27 dövlət əmlakı çıxarılacaq
Bakı, 22 yanvar, AZƏRTAC
Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) tərəfindən növbəti hərrac fevralın 16-da təşkil ediləcək.
ƏMDX-dən AZƏRTAC-a bildirilib ki, hərraca 27 dövlət əmlakı (kiçik dövlət müəssisəsi və obyekti) çıxarılacaq. Özəlləşdirməyə çıxarılan əmlakların tam siyahısı ilə burada tanış ola bilərsiniz: (https://bit.ly/3nTAH1B, https://bit.ly/39JvbJF, https://bit.ly/38UINCO).
Dövlət Xidməti tərəfindən təşkil edilən hərraclarda hər kəsin sərbəst iştirakı təmin olunur. İştirak etmək istəyən şəxslərə seçdikləri dövlət əmlakı üzrə elektron sifariş verməklə yanaşı, hərraclara onlayn qoşulmaq imkanı da yaradılıb. Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də elektron resurslardan istifadə etməklə hərracları qeydiyyatsız formada izləyə bilərlər.
Keçiriləcək hərraclarda iştirak etmək istəyən şəxslər xidmətin rəsmi saytına (“emlak.gov.az”) və ya Özəlləşdirmə Portalına (“privatization.az”) daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib sifarişçi statusu ala bilərlər. Hərrac günü hər kəs Elektron Xidmətlər Portalından (“e-emlak.gov.az”) “Elektron hərrac” bölməsini seçərək onlayn özəlləşdirməyə qoşula bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.10.2026 [08:39]
Birjalarda qızılın və gümüşün qiyməti azalıb
- 04.10.2026 [08:21]
Dünya birjalarında neft ucuzlaşıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu gün Cəbrayıl Şəhəri Günüdür
- [09:00]
İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil
- 03.10.2026 [23:56]
İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir
- 03.10.2026 [23:11]
Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib
- 03.10.2026 [22:03]
Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb
- 03.10.2026 [21:57]
“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur
- 03.10.2026 [21:23]
Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”
- 03.10.2026 [20:44]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [20:32]
Bu saata olan əsas xəbərlər
- 03.10.2026 [20:00]
Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb
- 03.10.2026 [19:36]
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar
- 03.10.2026 [19:17]
Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
- 03.10.2026 [19:09]
Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH
- 03.10.2026 [19:05]
Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır
- 03.10.2026 [18:49]
Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir
- 03.10.2026 [18:44]
Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib
- 03.10.2026 [18:31]
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb
- 03.10.2026 [18:17]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [18:09]
Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir
- 03.10.2026 [17:53]