PAKİSTAN ÖLKƏ GÜNÜNÜ QEYD ETMİŞDİR
Bayram şərəfinə İslamabadda və əyalətlərin inzibati mərkəzlərində toplardan yaylım atəşi açılmış və milli bayraqlar qaldırılmışdır. Pakistan Prezidenti Pərviz Müşərrəf və Baş nazir Şövkət Əziz həmvətənlərini milli birliyə çağırmışlar.
Prezident Silahlı Qüvvələrin zabitlərinə, görkəmli ictimai xadimlərə, Akademiya dairələrinin nümayəndələrinə dövlət mükafatları təqdim etmişdir. Millət atası Məhəmməd Əli Cinnənin və şair-filosof Məhəmməd İqbalın məzarları üstünə gül dəstələri qoyulmuşdur. Ölkədə çoxsaylı bayram tədbirləri, o cümlədən seminarlar, yığıncaqlar, gənclərin yürüşləri, sərgi və musiqili səhnəciklər təşkil olunmuşdur.