“PALMALİ” ŞİRKƏTLƏR QRUPU 21 MAY - DÜNYA SÜD GÜNÜNÜ BALACALARLA BİRLİKDƏ QEYD ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, “PALMALİ” Şirkətlər Qrupuna məxsus süd zavodu dünyada Süd günü kimi qeyd olunan mayın 21-də Bakı şəhərində yerləşən 13 və 2 saylı uşaq evlərinin balaca sakinlərini istehsal etdiyi “PalSüd” markalı süd və süd məmulatlarına qonaq etmişdir.
Təxminən 140 uşağın məskunlaşdığı 2 saylı uşaq evində balacalar onlara qonaq gəlmiş şirkət nümayəndələri qarşısında rəqs proqramı ilə çıxış edərək öz məharətlərini göstərmişlər. Xeyriyyəçiliyi xoş bir ənənəyə çevirmiş şirkət daim paytaxt və rayon uşaq evlərinə yardımlar edir.
Qeyd edək ki, ən müasir texnologiyalarla işləyən zavod gündə 150 tona yaxın süd emal edir.