PAN Gİ MUN ROMADAKI FAO ZİRVƏ GÖRÜŞÜNÜ UĞURLU HESAB EDİR
AZƏRTAC xəbər verir ki, BMT-nin baş katibi Pan Gi Mun hesab edir ki, Romada BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) zirvə görüşü uğurla keçir.
“Korryere dela sera” qəzetinin məlumatına görə, Pan Gi Mun qeyd etmişdir ki, “Roma zirvə görüşü hökumətlərin və milyonlarla aclıq çəkən insanın uğurudur”.
Eyni zamanda, BMT-nin baş katibi qeyd etmişdir ki, dünyada ərzaq böhranının aradan qaldırılması sahəsində işlər “yenicə başlanır”.
Pan Gi Mun həm də bildirmişdir ki, islahat aparılması tələbi ilə 300 min nəfərin imzaladığı petisiyanı almışdır. İslahat ərzaq böhranına son qoymağa imkan verəcəkdir.
BMT-nin sabiq baş katibi Kofi Annan bildirmişdir ki, ərzaq qiymətlərinin yüksək olmasından ən çox Afrika əziyyət çəkir. O demişdir: “Dünya görünməmiş ərzaq böhranı ilə üzləşmişdir və böhranın doğurduğu ən ciddi və kəskin problemlərlə Afrika qarşılaşır. Hazırda K.Annan Afrika ölkələrində kənd təsərrüfatının inkişafına dair proqramla məşğuldur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [15:47]
Tramp İrana yeni zərbələr endirməyə hazır olduğunu bildirib
- 10.06.2026 [15:39]
Pakistanda hərbi helikopter qəzaya uğrayıb, bütün ekipaj həlak olub
- 10.06.2026 [15:09]
İsraildə xərçəngin böyüməsini ləngidən nanohissəciklər yaradılıb
- 10.06.2026 [14:57]
Bərpaolunan dəniz energetikası Çini enerji ilə təmin edir
- 10.06.2026 [14:48]