“Paris-2024” Yay Paralimpiya Oyunlarında Azərbaycan nümayəndə heyətinin rəhbəri müəyyənləşib
Bakı, 7 iyun, AZƏRTAC
“Paris-2024” XVII Yay Paralimpiya Oyunlarına yollanacaq Azərbaycan nümayəndə heyətinin rəhbəri (şef-de-mission) müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti İlqar Rəhimovun müvafiq əmri ilə beynəlxalq əlaqələr və marketinq şöbəsinin müdiri Rüfət Hacılı “Paris-2024” XVII Yay Paralimpiya Oyunlarına yollanacaq nümayəndə heyətinin rəhbəri təyin olunub.
Rüfət Hacılı 2023-cü ildə X beynəlxalq Abilimpiya çempionatında iştirak etmiş Azərbaycan nümayəndə heyətinin rəhbəri olub.
Qeyd edək ki, XVII Yay Paralimpiya Oyunları gələn il avqustun 28-dən sentyabrın 8-dək Fransanın paytaxtı Paris şəhərində keçiriləcək. Azərbaycan Milli Paralimpiya Komitəsi və Ajan şəhərinin meriyası arasında imzalanmış müqaviləyə əsasən 2024-cü ilin avqustunda Oyunlara səmərəli hazırlaşmaq məqsədilə milli Paralimpiya komandası üçün orada təlim-məşq toplanışı təşkil ediləcək. XVII Yay Paralimpiya Oyunlarında ölkəmizin 7-8 idman növündə 45-50-yə yaxın idmançı ilə təmsil olunacağı gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [11:56]
İdman tarixində bu gün: Pele futbolçu karyerasını başa vurub
- 01.10.2026 [11:19]
Azərbaycan klubu amerikalı basketbolçunu heyətinə qatıb
- 01.10.2026 [10:56]
“Turan Tovuz” – “Fənərbağça” oyununa 20 mindən çox bilet satılıb
- 01.10.2026 [10:15]
Bakıda üzgüçülük üzrə Dünya Kuboku start götürüb
- 01.10.2026 [10:05]
Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteyni qəbul edir
- 30.09.2026 [23:21]
"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib
- 30.09.2026 [22:04]