Azərbaycan Dövlət İnformasiya Agentliyi

Parlamentdə “Mina təhlükəsi ilə mübarizə - partlayıcı sursatların ekosistemə təsiri” mövzusunda dinləmə keçirilib

Bakı, 4 noyabr, AZƏRTAC

Noyabrın 4-də parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iş planına əsasən, Milli Məclisdə “Mina təhlükəsi ilə mübarizə - partlayıcı sursatların ekosistemə təsiri” mövzusunda ictimai dinləmə keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərə qayıdışla bağlı ən böyük çətinliyin minalanmış ərazilərin təmizlənməsi olduğunu deyib. O qeyd edib: “Təsadüfi deyil ki, Prezident, Ali Baş Komandan İlham Əliyev BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin iqtisadi, sosial və ekoloji aspektləri əhatə edən prinsipləri sırasına mina təhlükəsinin əlavə olunmasını təklif edib, həmçinin Qoşulmama Hərəkatında mina təhlükəsinə məruz qalmış ölkələrin həmfikirlər qrupunun yaradılması sahəsində intensiv iş aparılır”.

Komitə sədri bildirib ki, Ermənistan sülh və insanlıq əleyhinə, habelə müharibə cinayətləri törətməklə yanaşı, regionun ekoloji təhlükəsizliyinə də ciddi zərər vurub və vurmaqda davam edir. Ermənistanın münbit torpaqlara, su hövzələrinə, atmosferə, meşə fonduna, flora və faunaya, mineral sərvətlərə və enerji mənbələrinə vurmuş olduğu zərər təkcə ölkəmizdə deyil, bütövlükdə regionda ekoloji tarazlığın pozulması ilə nəticələnib.

Sonra Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “Mina təhlükəsi ilə mübarizədə ekoloji tarazlığın qorunması”, kənd təsərrüfati naziri Məcnun Məmmədov “İşğaldan azad edilmiş ərazilərdə mina təhlükəsinin kənd təsərrüfatı fəaliyyətinə yaratdığı çətinliklər” mövzularında çıxış ediblər. Çıxışlarda Qarabağ və Şərqi Zəngəzura dəymiş ekoloji ziyan barədə fikirlərini bölüşən nazirlər mina təhlükəsinin işğaldan azad olunmuş ərazilərdə başladılmış genişmiqyaslı bərpa və quruculuq işlərinə törətdiyi maneələrdən danışıblar.

Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov “İşğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlarla çirkləndirilməsinin ətraf mühitə təsiri” mövzusunda çıxışında mina partlayışları zamanı yaranan plastik tullantıların ekoloji fəsadlara səbəb olduğunu, kənd təsərrüfatı üçün münbit torpaqların strukturuna mənfi təsir göstərdiyini vurğulayıb. O, minalarla çirklənmiş ərazilərin ekosistemin bir hissəsi olan insanların təkcə təmiz ekoloji şəraitdə deyil, ümumən yaşamaq hüququna da təhdidlər yaratdığını bildirib.

BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreyeva “Dayanıqlı inkişaf məqsədləri üçün minaların ekosistemə təsirinin aradan qaldırılması” mövzusunda məruzəsində mina təhlükəsi ilə mübarizə fəaliyyətinin uğuru üçün qlobal təcrübəyə əsaslanaraq, yerli, milli və beynəlxalq tərəflər arasında güclü tərəfdaşlığın vacib amillərdən olduğunu qeyd edib.

Tədbirdə, həmçinin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı “Mina problemi və beynəlxalq səylər” mövzusunda çıxış edib. O, işğaldan azad olunmuş ərazilərimizdə ilkin hesablamalara görə, 1,5 milyon minanın yerləşdirildiyini, Ermənistanın bu günədək mina xəritələrini verməkdən boyun qaçırdığını, bunun beynəlxalq hüququn yaşamaq və hərəkət azadlığı kimi fundamental prinsiplərinə zidd olduğunu diqqətə çatdırıb.

Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli söz alaraq, işğaldan azad olunmuş ərazilərimizdə aparılan minatəmizləmə fəaliyyətinin Prezident İlham Əliyevin başlatdığı Böyük Qayıdış Proqramının tərkib hissəsi olduğunu deyib, bu gün rəhbərlik etdiyi qurumla ANAMA arasında elmi-texniki sahədə səmərəli əməkdaşlığın davam etdirildiyini bildirib.

Tədbirdə çıxış edən Milli Məclisin komitə sədrləri Hicran Hüseynova, Tahir Mirkişili, Səməd Seyidov, Tahir Rzayev, Siyavuş Novruzov, deputatlar Fatma Yıldırım, İltizam Yusifov, Mahir Abbaszadə, Soltan Məmmədov, Vüqar Bayramov, Nigar Arpadarai işğaldan azad olunmuş ərazilərimizdə davam edən mina terrorunun fəsadları barədə danışıb, onun ölkənin sosial-iqtisadi inkişafına mənfi təsirlərini müqayisəli şəkildə təhlilini verib, bu sahədə maarifləndirməyə və beynəlxalq əməkdaşlığa ehtiyac olduğunu xüsusi vurğulayıblar. Minatəmizləmə fəaliyyətlərinin həyata keçirilməsində ANAMA-nın yüksək peşəkarlığını qeyd edən çıxışçılar xarici ölkələri və beynəlxalq təşkilatları bu fəaliyyətlərə dəstək olmağa çağırıblar.

"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov çıxışında mina terrorunun qurbanı olmuş azərbaycanlı jurnalistlərin ölümünə beynəlxalq ictimaiyyətin biganə münasibətindən söz açıb, onların ikili standartlar nümayiş etdirdiyini bildirib.

Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı ərazilərimizin 30 ilə yaxın davam edən erməni işğalından azad olunmasının üçüncü ildönümü münasibətilə təbriklərini çatdırıb, ölkəsinin minalara qarşı mübarizə sahəsində Azərbaycana hərtərəfli dəstək göstərdiyini və bu dəstəyin bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Peter Mixalko da çıxışında ANAMA-nın fəaliyyətini yüksək qiymətləndirib. O bildirib ki, Avropa İttifaqı mina təhlükəsi ilə mübarizədə Azərbaycanla əməkdaşlığa önəm verir, Azərbaycan hökumətinin mina təhlükəsinin aradan qaldırılması işini dəstəkləyir və bundan sonra da dəstəkləyəcək.

Sonda Minatəmizləmə Agentliyi tərəfindən mina təhlükəsi ilə mübarizə fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

Türkiyənin cənubunda üç zəlzələ baş verib

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib