Paytaxtda piyada təhlükəsizliyinin təmin edilməsi sahəsində maarifləndirici söhbətlər aparılıb
Bakı, 10 yanvar, AZƏRTAC
Bakı şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin əməkdaşları piyada məsuliyyətinin artırılması və onların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbir keçirib.
İdarədən AZƏRTAC-a verilən məlumata görə, paytaxtın bir neçə rayonunda təşkil olunan növbəti tədbir zamanı yaxınlıqdakı yerüstü və yeraltı piyada keçidlərindən istifadə etməyən, avtomobillərin intensiv hərəkət etdiyi yolda özləri ilə yanaşı, digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanılaraq onlarla maarifləndirici söhbətlər aparılıb, keçdikləri ərazidə baş vermiş ağır yol-nəqliyyat hadisələrinin görüntüləri göstərilib və yol hərəkəti qaydalarına riayət etməyin həyati əhəmiyyəti barədə ətraflı məlumat verilib.
Bakı şəhər DYP İdarəsi piyada intizamının möhkəmləndirilməsinə yönələn tədbirlərin mütəmadi həyata keçiriləcəyini bildirir və hər kəsi cəmiyyətimiz üçün mühüm əhəmiyyət kəsb edən bu məsələdə həmrəy olmağa çağırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [11:13]
“Diqqət, uşaqlar!” aylığına yekun vurulub VİDEO
- 09.10.2026 [11:08]
DİN: Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb
- 09.10.2026 [11:04]
Xaçmazda mağazada yanğın olub VİDEO
- 09.10.2026 [10:49]
BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də
Bu gün Ümumdünya Poçt Günüdür
- [09:37]
ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib
- 08.10.2026 [23:36]
Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb
- 08.10.2026 [23:03]
Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib
- 08.10.2026 [21:37]
Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək
- 08.10.2026 [20:39]
Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb
- 08.10.2026 [20:09]
Bu saata olan əsas xəbərlər
- 08.10.2026 [20:00]
Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb
- 08.10.2026 [19:43]
Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir
- 08.10.2026 [19:24]
Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib
- 08.10.2026 [19:20]
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb
- 08.10.2026 [19:18]