Paytaxtda soyğunçuluq edən şəxs məsuliyyətə cəlb olunub
Bakı, 12 aprel, AZƏRTAC
Biləcəri dəmir yolu stansiyasının ərazisindəki bankomatda naməlum şəxs Bakı şəhər sakini olan bir qadına kömək etmək adı ilə kartdakı 300 manat pulu öz hesabına keçirərkən qadın etirazını bildirib, lakin həmin şəxs ondan susmasını tələb edərək hadisə yerini tərk edib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, soyğunçuluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini B.Cəfərzadə Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək saxlanılıb.
Faktla bağlı Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi tərəfindən araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]