Paytaxtın ictimai nəqliyyatında daha bir yenilik
Bakı, 9 fevral, AZƏRTAC
Paytaxtın ictimai nəqliyyatında daha bir yeniliyin tətbiqinə başlanılıb.
Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, artıq Mərkəzi Dispetçer Xidmətindən avtobus sürücülərinə zəruri məlumatlar ötürülür. Sürücülər onlara mərkəz tərəfindən ötürülən yazılı və ya səsli məlumatları avtobuslardakı "sürücü ekranı" cihazları vasitəsilə əldə edirlər.
İlk belə məlumatlandırma bu gün həyata keçirilib. Hava şəraiti ilə bağlı sürücülərə yol hərəkətinin təhlükəsizliyi baxımından vacib olan təlimat xarakterli mesajlar göndərilib.