İQTİSADİYYAT
PAYTAXTIN KOMMUNAL XİDMƏT SİSTEMLƏRİ ÖZƏLLƏŞDİRİLƏCƏKDİR
Dünya Bankının “İnstitusional quruculuğa texniki yardım” layihəsi əsasında Bakı şəhərinin qazpaylayıcı, supaylayıcı və kanalizasiya şəbəkələri özəlləşdiriləcəkdir. Bunun üçün tender də elan olunmuşdur.
İqtisadi İnkişaf Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, bankın
mütəxəssisləri tərəfindən layihənin dəyəri müəyyən qədər ixtisar edilmişdir. Hazırlıq işlərinin görülməsi üçün təqribən 200-250 min ABŞ dollarından çox vəsait tələb olunur. Ümumilikdə isə, layihə üzrə görüləcək işlərin hər bir komponentinin qiyməti 450 min dollara bərabərdir.
DB-nin nümayəndəsinin ölkəmizə səfəri zamanı aparılan danışıqlarda bank qarşısında yeni təkliflər qoyulmuşdur. Hazırda iki komponent üzrə tenderdə iştirak edən şirkətlərin təklifləri bankın mütəxəssisləri tərəfindən müzakirə edilir.